Riyazi anlayışların mənimsənilməsi üçün məsələlər. Məktəb riyazi təhsilində nəzəriyyənin öyrənilməsi ilə yanaşı məsələ və çalışmalar həllinin də özünəməxsus yeri vardır. Məsələ həllinin məqsədi yalnız öyrənilmiş nəzəriyyənin istehsalatda və praktikada tətbiqlərini şagirdlərə göstərmək deyil, həm də öyrənilmiş nəzəriyyənin daha dərindən dərk edilməsinə, təfəkkürün inkişafına imkan yaratmaqdır. Məsələ və çalışmaların həlli prosesində şagirdlər nəzəri materialın öyrənilməsindən daha çox müstəqillik, təşəbbüskarlıq göstərmək imkanı əldə edirlər.
Qabaqcıl riyaziyyat müəllimlərinin iş təcrübəsinə əsasən məktəb riyaziyyat kursunda məsələləri aşağıdakı növlərə ayırmaq olar: