Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Düz bağırsağın xüsusi fassiyası hansıdır?



Yüklə 1,95 Mb.
səhifə10/17
tarix29.05.2018
ölçüsü1,95 Mb.
#52031
növüРуководство
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

491) Düz bağırsağın xüsusi fassiyası hansıdır?
A) Retsius fassiyası

B) Valdeyer fassiyası

C) Şevkunenko fassiyası

D) Denonvil fassiyası

E) Amyuss fassiyası
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 837.
492) Yuxarı düz bağırsaq arteriyası haradan başlayır?
A) aşağı müsariqə arteriyasından

B) ümumi qalça arteriyasından

C) orta sakral arteiyadan

D) daxili qalça arteriyasından

E) xarici qalça arteriyasından
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 841.
493) Kəskin paraproktitlərin hansı formasında iltihabın ümumi əlamətləri yerli əlamətlərə nisbətən daha çox üstünlük təşkil edir?
A) Pelviorektal

B) İşiorektal

C) Səthi postnal

D) Submukozal

E) Perianal
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 64.
494) Rektal digital müayinə zamanı anal kanalda ağrı və ödem təyin edilir. Bu hansı paraproktitlər üçün daha çox xarakterikdir?
A) Səthi postanal

B) Pelviorektal

C) Selikaltı

D) İşioanal

E) Dərin postanal
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 64.
495) Pararektal nahiyənin yeni törəmələri və abseslər arasında differensial diaqnostikada ən informativ müayinə üsulu hansıdır?
A) Fistuloqrafiya

B) Rektal digital müayinə

C) Kolonoskopiya

D) Anoskopiya

E) NMR, Rektal ultrasonoqrafiya
Ədəbiyyat: В.Л.Ривкин, О.Э.Луцевич, С.Н.Файн, В.В.Лукин. Атлас практической колоректальной хирургии. Москва, «Медпрактика» , 2006, стр., 34.
496) Ekstrasfinkter fistullarda (IV mürəkkəblik dərəcəsi) optimal cərrahi müalicə üsulu hansıdır?
A) Rigix - Bobrov üsulu

B) Qabriel üsulu

C) Liqatura üsulu

D) Parks üsulu

E) Rıjix üsulu
Ədəbiyyat: В.Л.Ривкин, О.Э.Луцевич, С.Н.Файн, В.В.Лукин. Атлас практической колоректальной хирургии. Москва, «Медпрактика» , 2006, стр., 39.
497) Anal nahiyənin spesifik fistullarına aid deyil.
A) İrinləmiş dermoid kista

B) Hidradenit

C) İrinləmiş teratoma

D) Kriptoqlandulyar fistullar

E) Pilonidal kista
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 70.
498) Qeyri-spesifik kolitdə hansı halda cərrahi müdaxilə əks-göstərişdir?
A) Uzunmuddətli remissiyalarla kompleks konservativ müalicə

B) Yoğun bağırsağın perforasiya təhlükəsi (kəskin toksiki dilatasiya)

C) Uzunmüddətli effektsiz konservativ müalicə

D) Profuz qanaxma

E) Konservativ müalicəyə tabe olmayan
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 123.
499) Babasildə cərrahi əməliyyata mütləq göstəriş sayılır.
A) Ağrı sindromu

B) Babasil düyünlərinin boğulması

C) Babasil düyünlərinin sallanması

D) Hemorroidal qanaxma, qanda Hb - nin miqdarının 80q/l-dən aşağı olması

E) Babasil düyünlərinin kəskin trombozu
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 31.
500) Defekasiya zamanı və ya sonra ağrı, sfinkterin spazmı və az miqdarda qanaxma əsasən hansı xəstəlik üşün xarakterikdir?
A) Babasil

B) Anal fistul

C) Anal kanalın şişi

D) Anal kanalın polipi

E) Anal çat
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 56.
501) Pararektal nahiyəyə ən çox infeksiya hansı yollarla daxil olur?
A) Kriptoqlandulyar

B) Pararektal toxumanın zədələnməsi

C) Hematogen

D) Düz bağırsaq selikli qişasının travması

E) Limfogen
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 56.
502) Anatomik formasına görə Hirşprunq xəstəliyinin hansı forması müəyyən edilmir?
A) Total forma

B) Nazik bağırsaq forması

C) Rektosiqmoidal forma

D) Subtotal forma

E) Rektal forma
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 183.
503) Qıcıqlanmış bağırsaq sindromunun sinonimi hansıdır?
A) Fuksional bağırsaq dispepsiyası

B) Bakterial dizenteriya

C) Qəbizlik

D) Funksional diareya

E) Qurd invaziyası
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 111.
504) Yoğun bağırsağın adenomatoz polipləri ən çox harda yerləşir?
A) Rektosiqmoiddə

B) Enən çənbər bağırsaqda

C) Kor bağırsaqda

D) Qalxan çənbər bağırsaqda

E) Köndələn çənbər bağırsaqda
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 195.
505) Rektosele nədir?
A) Sol xaya venasının genişlənməsi

B) Düz bağırsağın burulması

C) Düz bağırsağın sallanması

D) Uşaqlıq yolunun sallanması

E) Düz bağırsaq divarının kisəvari qabarması
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 95.
506) Iti uclu kondiloma harada yerləşir?
A) Xarici cinsiyyət üzvlərində

B) Aralıq nahiyyəsində

C) Düz bağırsağın selikli qişasında

D) Perianal dəridə

E) Anal kanalda
Ədəbiyyat: Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 91.
507) Bağırsaq keçməməzliyi olan xəstədə anusdan qan gəlir. Bu hansı növ keçməməzlikdir?
A) Bağırsaq infarktı

B) Nazik bağırsağın burulması

C) İnvanginasiya

D) Paralitik

E) Spastik
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 81 səh.
508) Lateral sfinkterotomiya hansı xəstəliyin müalicəsində icra edilir?
A) Anal abses

B) Anal nahiyyənin xərçəngi

C) Anal çat

D) Anal fistula

E) Hemorroy
Ədəbiyyat: Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,62-ci səh.
509) Aşağıdakı əlamətlərdən hansı Kron xəstəliyində olmur?
A) Spastik qarın ağrısı

B) İshal


C) Temperatur

D) Pankreatit

E) Ümumi halsızlıq
Ədəbiyyat: Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,128-ci səh.
510) Qudzal qaydası hansı patologiyada tətbiq edilir?
A) Pankreonekrozlarda

B) Mədə və 12 barmaq bağırsaq xorasında

C) Anal fistullarda

D) Öd yollarının patologiyalarında

E) Düz bağırsaq selikli qişasının sallanmasında
Ədəbiyyat: Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,73.
511) Əvvəllər heç bir şikayəti olmayan 38 yaşında olan kişidə qəflətən sol bel nahiyəsindən qasığa yayılan kəskin ağrı və bununla yanaşı ürəkbulanma, tərləmə, tezləşmiş sidik ifrazının olması müşahidə edilir. Hansı diaqnoz ehtimal edilir?
A) Retroperitonal qanaxma

B) Herpes zoster

C) S - vari bağırsağın divertikulu

D) Sol sidik axarının daşı

E) Sol xayanın burulması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 349.
512) Sol böyrəkdən ön və bayır tərəfdə hansı orqanlar yerləşir?
A) Mədəaltı vəz

B) Dalaq


C) Dalaq, enən çənbər bağırsaq

D) Nazik bağırsaq ilgəkləri

E) Enən çənbər bağırsaq
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 688.
513) Sifətin furunkulunun əsas qorxulu cəhətinə hansı aiddir?

A) Görmə orqanı tərəfindən ağırlaşmanın inkişafı qorxusu

B) Üzdə qalxan tromboflebitin inkişafı

C) Ödem nəticəsində tənəffüsün pozulması

D) Sonradan kobud çapığın əmələ əlməsi ilə müşahidə olunan dəri nekrozu

E) Nəzərə çarpan intoksikasiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
514) Aşağıdakılardan hansı septik şokun səbəbi deyil?
A) Qastrointestinal anastomozun çatışmazlığı

B) Ağciyər atelektazı

C) Uretral ve intravenoz kateterlər

D) Geniş toxuma nekrozları (elektrik yanıqları kimi)

E) Bağırsaq perforasiyası
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 488.
515) Kriptit nədir?
A) Yoğun bağırsağın iltihabi

B) Morqan ciblərinin iltihabı

C) Düz bağırsaq selikli qişasının iltihabı

D) Pararektal toxumanın iltihabı

E) Anal məməciklərin iltihabı
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 93.
516) Ağciyər absesinin inkişafında rol oynamayan xəstəlik hansıdır?
A) Qastroezofageal reflüks

B) Şəkərli diabet

C) Qida borusunun divertikulu

D) Huşun itməsi, qıcolma və udma aktının pozulması ilə müşayiət olunan nevroloji xəstəliklər

E) Qida borusunun axalaziyası
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
517) Aspirasion abseslər daha çox harada lokalizasiya edir?
A) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının aşağı seqmentində

B) Qaraciyərin VIII seqmentində

C) Dalaqda

D) Sol ağciyərin yuxarı payının aşağı seqmentində və aşağı payının yuxarı seqmentində

E) Sağ ağciyərin yuxarı payının arxa seqmentində və aşağı payın yuxarı seqmentində
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 93.
518) Ağciyər abseslərinin ağırlaşmaları zamanı aşağı hansı müşahidə olunmur?
A) İrinin bronxlar vasitəsilə digər sahələrə yayılması və yeni abseslərin əmələ gəlməsi

B) Pnevmotaraksın inkişaf etməsi

C) Uzaq orqanlada metastatik abseslərin əmələ gəlməsi

D) Plevra boşluğuna açılması və empiema

E) Bronxlara qanaxma və asfiksiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
519) Təmiz bir əməliyyatdan 24 - 48 saat sonra yaranan temperaturun səbəbi nədir?
A) Atelektaz

B) Diafraqmaaltı abses

C) Yara infeksiyası

D) Sidik katetrinin sidiylikdə çox qalması

E) Bağırsaq ilgəkləri arası abses
Ədəbiyyat: Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том стр., 155.
520) İntraperitoneal abseslər ən çox harada yerləşir?
A) Böyük piylik

B) Diafraqmaaltı

C) İntermezenterik

D) Böyrək ətrafı toxumada

E) Epiqastral
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 201 səh.
521) İrinli yarada rezin buraxıcının əsas təsir mexanizmi hansıdır?
A) Passiv ötürmə

B) Müştərək xüsusiyyət

C) Hiqroskopik xüsusiyyət

D) Kapilyar xüsusiyyət

E) Aktiv aspirasiya
Ədəbiyyat: Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,546.
522) Qalxanvari vəzin hansı xəstəliyi xroniki tireoiditə aid dеyil?
A) Hamısı

B) De Kerven tirеoiditi

C) Ridel uru

D) Xaşimato strumiti

E) Qalxanvari vəzin adenoması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
523) 38 yaşında qadın xəstədə bilateral total tiroidektomiya əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı 6-cı saatda xəstədə tənəffüs çatışmazlığı başlayır. Bununla bərabər hipotenziya və taxikardiya əlamətləri, kəskik nahiyyəsində şişkinlik var. Bu xəstəyə nə edərdiniz?
A) Vena daxili kalsium vermək

B) Oksigen vermək

C) Yaranmış olan hematomanı təcili boşaltmaq

D) Morfin vermək

E) Traxeyanı intubasiya etmək
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 25.
524) Aşağıdakılardan hansı şəkərli xəstədə diabetik pəncəyə səbəb olmaz?
A) Hipoqammaqlobulinemiya

B) Təkrari travma

C) İnfeksiya

D) Damar çatışmazlığı

E) Periferik neyropatiya
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 718.
525) Tiroidektomiya icra edilən xəstədə əməliyyatdan sonra səsin batmasının səbəbi nədir?
A) hemotomanın yaranması

B) n.laringeus superiorun zədələnməsi

C) n.vagusun arxa şaxəsinin zədələnməsi

D) n. recurrensin zədələnməsi

E) n.vagusun zədələnməsi
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 478.
526) Kəskin pankreatitin ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Pankreas başının xərçəngi

B) Portal damarlarda tromboz

C) Psevdokistin yaranması

D) Pankreatik nekroz

E) Absesin yaranması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 226.
527) Sadalananlardan hansı endokrin xəstəliklərə səbəb olmur?
A) Hormonun metabolizmi, tranpotunun pozulması

B) Hormonun artıq olması

C) Kastlın daxili faktorunun defisiti

D) Hормоnun defisiti

E) Hоrmоnun təsirinə rezistentlik
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 16.
528) Sadalananlardan hansı qanda karbohidratların səviyyəsini azaldır?
A) İnsulin

B) Qlükaqon

C) Qlükokortikoidlər

D) Epinefrin

E) Boy hormonu
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
529) Hansı hormon hipofizdə sintez olunmur?
A) Adrenalin

B) Tireotrop hormon

C) Lüteinləşdirici hormon

D) Prolaktin

E) Follikukulstimullaşdırıcı hormon
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
530) “Diabetik pəncə” sindromuna səbəb olan əsas faktor hansıdır?
A) Travma

B) Neyropatiya və işemiya

C) Ateroskleroz

D) Tütünçəkmə

E) İnfeksiya
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 335.
531) Qalxanabənzər vəzi xərçəngi və düyünlü urun differensasiyasında hansı müayinəni aparmaq vacibdir?
A) Qalxanabənzər vəzin USM-si

B) Qalxanabənzər vəzi hormonlarının səviyyəsini təyin etmək

C) Qalxanabənzər vəzin punksiyası

D) Elektrokardioqramma

E) Qalxanabənzər vəzinin skanerləşdirilməsi
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 148.
532) Qalxanabənzər vəzinin total xaric edilməsi hansıdır?
A) Qalxanabənzər vəzinin rezeksiyası

B) Adenomektomiya

C) Tireoidektomiya

D) Qastrektomiya

E) Strumektomiya
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр.102.
533) Qalxanabənzər vəzi ibarətdir:
A) Baş, cisim və quyruqdan

B) İki pay və boyundan

C) İki paydan

D) Bir pay və boyundan

E) Ön, ara və arxa paylardan
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 74.
534) Xəstə qalxanabənzər vəzinin xərçənginə görə əməliyyat olnmuşdur. Postoperasion dövrdə xəstədə üz nahiyəsində keyləşmə və əllərdə qıcolmalar müşahidə edilir. Bu nə ilə əlaqədardır?
A) Üz sinirinin zədələnməsi ilə

B) Epilepsiya tutmaları ilə

C) Kalium çatışmazlığı

D) Qayıdan sinirin zədələnməsi ilə

E) Qalxanabənzərətraf vəzinin xaric edilməsi ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 363.
535) İtsenko-Kuşinq sindromu nə ilə xarakterizə olunur?
A) Progestronun hiperproduksiyası ilə

B) Tireotrop hormonun hiperproduksiyası ilə

C) Kortikosteroidlərin hiperproduksiyası ilə

D) Aldosteronun hiperproduksiyası ilə

E) Kortizol və aldosteronun hipoproduksiyası ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 186.
536) Qanda qlükozanın konsentrasiyasının artması aşağıdakılardan hansının sekresiyasını stimulyasiya edir?
A) Aldosteronun

B) Somatotropinin

C) Prolaktinin

D) Mədə şirəsinin

E) İnsulinin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,стр. 265.
537) 12 yaşlı xəstədə birinci dəfə şəkərli diabet aşkar edilmişdir.Ona aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) İnsulinin sekresiyasına qlükozanın təsirini imitasiya edən preparatlar

B) Alfaqlükozidazların inhibitorları

C) Sulfanilsidikcövhəri preparatları

D) Qaraciyərdə qlükozanın produksiyasını inhibə edən preparatlar

E) İnsulin
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 371.
538) Birincili hiperparatireoz xarakterizə olunur:
A) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, hipofosfatemiya, 25-hidroksivitamin D-nin aşağı konsentrasiyası

B) Parathormonun səviyyəsinin qalxması, hiperkalsiemiya, patoloji sınıqlar

C) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, generalizasiya olunmuş demineralizasiya

D) Qanda qlükozanın miqdarının artması, poliuriya, polidipsiya

E) Hipokalsiemiya, parathormonun səviyyəsinin aşağı düşməsi, tetaniya
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 353.
539) Mədəaltı vəzin əsas hormonları hansılardır?
A) Prolaktin

B) Kortizol və aldosteron

C) Tiroksin və triyodtrionin

D) İnsulin və qlükaqon

E) Somatotropin
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр 265-268.
540) Qalxanabəzər vəzin cərrahi müdaxiləsindən sonrakı dövrdə səsin xırıltılı olması və karlaşması nə ilə əlaqədardır?
A) Vidaci venanın zədələnməsi

B) Qayıdan sinirin zədələnməsi

C) Traxeyanın zədələnməsi

D) Qida borusunun zədələnməsi

E) Qalxanabənzər ətraf vəzinin xaric edilməsi
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 329.
541) Hipotireoz xarakterizə edilir?
A) Quru dəri, tüklərin tökülməsi və üzün odemi ilə

B) Piyli nəm dəri ilə

C) Gövdənin yan səthlərində strixiyalarla

D) Arıqlama, əl barmaqlarında tremor, taxikardiya

E) Sadalananlardan heç biri
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 118.
542) Endokrin oftalmopatiya hansı xəstəlik üçün xarakterikdir?
A) Hipoparatireoz

B) Akromeqaliya

C) Şəkərli diabet

D) Hipotireoz

E) Hipertireoz
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,. стр. 104.
543) Boy hormonu harda sintez olunur?
A) Böyrəküstü vəzin beyin qatında

B) Qalxanabənzərətraf vəzidə

C) Epifizdə

D) Hipofizin ön payında

E) Hipofizin arxa payında
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
544) Hipofiz yerləşir:
A) Döşsümüyü arxası fəzada

B) Beyincikdə

C) Türk yəhərində

D) Beynin üçüncü mədəciyinin üzərində

E) Gicgah payında
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 29.
545) Insulin harada sintez olunur?
A) Böyrəküstü vəzinin qabıq maddəsində

B) Mədəaltı vəzinin α - hüceyrələrində

C) Mədəaltı vəzinin F- hüceyrələrində

D) Mədənin fundal hüceyrələrində

E) Lanqerhans adacıqlarının β - hüceyrələrində
Ədəbiyyat: Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
546) Akromeqaliyaya səbəb nədir?
A) Boy hormonunun hipoproduksiyası

B) Tireotrop hormonun hipoproduksiyası

C) Follikulstimuləedici hormonun hiperproduksiyası

D) Aldosteronun hipoproduksiyası

E) Boy hormonunun xroniki hiperproduksiyası
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 633.
547) Birincili hiperaldosteronism xarakterizə edilir:
A) Hipertenziya, hipokalsiemiya və əzələ zəifliyi ilə

B) Əl və ayağın nazikləşməsi ilə proksimal əzələlərin atrofiyası, “ayabənzər sifət”,qarının aşağı nahiyələri, çiyin və budlarda striyalar

C) Taxikardiya, arıqlama, əllərdə tremor və ekzoftalmla

D) Yorğunluq, quru dəri, hipotenziya, üzün ödemi və qəbizliklə

E) Baş ağrıları, tərləmə, ağbənizlik, döşdə və qarında ağrılar, qorxu hissiyyatı ilə
Ədəbiyyat: :И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 1064. 707-ci səh.

16. Yırtıq cərrahiyyəsi

548) Mexaniki bağırsaq keçməməzliyinin qarın boşluğunun icmal rentqenoqrafiyasında ən xarakterik əlamətləri hansılardır?

A) Qarın boşluğunda sərbəst qaz

B) Qarın boşluğunda çoxlu miqdarda mayenin olması

C) Mədənin qaz qovuğunun boyük olması

D) Tək-tək enli üfüqi səviyyələr

E) Çox saylı xırda üfüqi səviyyələr


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
549) Hansı sınaq aşağı ətrafların qan təhcizatının pozulmasını təsdiq edən funksional sınaqlara aid deyil?
A) Dırnaq yatağının sıxılması simptomu

B) Oppelin plantar işemiya sınağı

C) Pançenkonun diz fenomeni

D) Troyanov-Trendlenburq sınağı

E) Qoldflam sınağı
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 623 səh.
550) Aşağı ətraf dərin venaların mənfəzinin keçiriciliyi barədə məlumat almaq üçün hansı sınaqlardan istifadə edilir
A) Hakkenbrux sınağı

B) Talman sınağı

C) Pratt-2 sınağı

D) Şeynis sınağı

E) Delbe-Pertes (marş), Pratt-1 sınaqları
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 653.
551) Mədə xərçənginə görə mədənin subtotal rezeksiyasında mədə-mədaltı bağı nə etmək lazımdır?

A) Bağlanmalıdır

B) Toxunulmur

C) Hissəvi kəsilir

D) Tam çıxarılmalıdır

E) Mütləq deyil


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
552) Mədə poliplərindən hansı çox maliqnizasiya olur?

A) Papilyar

B) Hamısı

C) Adenomatoz

D) Hiperplastik

E) Adenomopapilyar


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.l
553) Qarışıq kəsiklə qastrektomiya nə zaman göstərişdir?

A) İnfiltrativ şişdə

B) Mədənin total xərçəngi zamanı

C) Bütün hallarda

D) Şiş mədənin proksimal hissəsində olduqda

E) Şişin qida borusuna keçməsi zamanı


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin