Руководство для врачей. Под ред. Н. И. Дегтерева М., 2004, 578 с. 2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?


) Mədə xərçənginə görə distal subtotal rezeksiya zamanı nəyə üstünlük vermək lazımdır?



Yüklə 1,95 Mb.
səhifə11/17
tarix29.05.2018
ölçüsü1,95 Mb.
#52031
növüРуководство
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

554) Mədə xərçənginə görə distal subtotal rezeksiya zamanı nəyə üstünlük vermək lazımdır?

A) Uzun ilgəkdə ön anastomozun qoyulması

B) Arxa anastomozun qoyulması

C) Rayxel-Polia tipli əməliyyata

D) Bilrot 2 əməliyyatına

E) Bilrot1 əməliyyatına


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
555) Qara ciyərə metastazlar hansı yolla yayılır ?

A) Retroqrad

B) Hamısı ilə

C) Hematoqen

D) İmplantasiyon

E) Limfoqen


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
556) Ağ ciyər xərçənginin artmasında hansı amillər vacibdir?

A) İş şəraiti

B) Atmosferin çirklənməsi

C) Qenetik faktorlar

D) Nikotin

E) Xroniki iltihab xəstəliklər


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
557) Qida borusunun xərçənginin ən xarakter əlamətləri hansıdır?

A) Döş sümüyü arxasında ağrılar

B) Ağız suyunun axması

C) Ürəkbulanma

D) Disfagiya

E) Qusma
Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.


558) Qaraciyər xərçənginin ən effektiv müalicə üsulu hansıdır?

A) Kombinəolunmuş terapiya

B) Şua terapiyası

C) Reqionar terapiya

D) Cərrahi

E) Sistem kimyaterapiya


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
559) Cərrah 60 yaşlı xəstəyə baxarkən qalxanvari vəzin sol payının proyeksiyasında son 3 ayda böyüməyə meylli, bərk, hərəkətsiz həcmli törəmə aşkar edir. Tireotoksikoz əlamətləri yoxdur. Ultrasəs müayinəsində ”soyuq” düyünün olduğu qeyd edilir. Sizin ilkin diaqnozunuz:
A) Exinokokk sisti

B) Qalzanvari vəzin sisti

C) Qalxanvari vəzin xərçəngi

D) Ağ ciyər xərçənginin metastazı

E) Qalxanvari vəzin lipoması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
560) Süd vəzinin fibroadenoması üçün hansı simptomun olması səciyyəvidir?
A) Müsbət Payr simptomu

B) Məməciyin formasının dəyişməsi

C) Gilədən ifrazatın olması

D) Müsbət ”umbilikasiya” simptomu

E) Müsbət Keniq simptomu
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
561) Süd vəzinin xərçəngində Peyti üsulu ilə mastektomiya Xolsted əməliyyatından nə ilə fərqlənir?
A) Hər iki döş əzələsinin çıxarılması

B) Böyük döş əzələsinin çıxarılması

C) Böyük döş əzələsinin saxlanması

D) Körpücüküstü limfa düyünlərinin çıxarılması

E) Kəsik xəttinə görə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
562) Süd vəzinin dishormonal şişlərinə səbəb olan etioloji faktorlar hansılardır? Bütün düzgün cavabları seçin.

1. hiperestrogenemiya

2. laktasiyanın pozulması

3. qalxanvari vəzin xəstəlikləri

4. tez - tez hamiləliyin süni pozdurulması

5. yumurtalıqların disfunksiyası
A) 1, 2, 3, 4, 5

B) 1, 3, 5

C) Yalnız 3

D) 1, 3, 4, 5

E) 2, 4, 5
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
563) Süd vəzi xərçənginin inkişafında rolu olan risk faktorlarına aiddir:

1. gecikmiş hamiləlik (35 yaşından yuxarı qadınlar)

2. döşlə qidalandırmadan imtina

3. kistoz mastopatiya

4. ailə anamnezində süd vəzi xərçənginin olması

5. papiros çəkmək
A) 3, 4

B) 3, 5


C) 1, 2, 5

D) 1, 2, 3, 4

E) Yalnız 3
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
564) Sadalananlardan hansı süd vəzi xərçənginin gecikmiş simptomlarına aid deyil?
A) Süd vəzi üzərindəki dərinin boylama bərkiməsi

B) Şiş üzərində”limon qabığı”simptomu

C) Gilənin retraksiyası

D) Gilənin islanması

E) Süd vəzində düyünlərin əllənməsi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
565) Süd vəzi xərçənginin 2B mərhələsi üçün xarakterikdir:

1. şişin diametrinin 5 sm - ə qədər olması

2. uzaq metastazların olması

3. qoltuqaltı, körpücükaltı və körpücüküstü limfa düyünlərinin zədələnməsi

4. şiş nahiyyəsində xoralaşma

5. şiş olan tərəfdə qoltuqaltı limfa düyünlərinin zədələnməsi
A) 3, 4

B) 1, 5


C) 1, 2

D) 1, 4


E) 1, 3, 4
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
566) Süd vəzinin 2A mərhələli xərçəngi diaqnozu qoyulmuş xəstəyə göstərişdir:

1. süd vəzinin sektoral rezeksiyası

2. radikal mastektomiya

3. əməliyyatönü şüa müalicəsi

4. əməliyyatdan sonra şüa müalicəsi

5. kimyəvi terapiya
A) 5

B) 2


C) 1, 3

D) 2, 4


E) 1, 5
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
567) Süd vəzi xərçənginin 2 - ci mərhələsı olan 43 yaşlı xəstəyə nə göstərişdir?

1. sektoral rezeksiya

2. radikal mastektomiya

3. əməliyyaönü şüa terapiyası

4. kimyəvi terapiya

5. hormonoterapiya
A) 1, 3

B) 2, 5


C) 2, 4

D) Ancaq 5

E) Ancaq 2
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
568) 36 yaşlı qadında sağ süd vəzinin palpasiyası zamanı gilədən qanlı ifrazat axır. Şişəbənzər törəmə, qoltuqaltı limfa düyünlərinin böyüməsi aşkarlanmayıb. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Velyaminov xəstəliyi

B) Minç xəstəliyi

C) Pecet xərçəngi

D) Diffuz fibroz - kistoz mastopatiya

E) Qalaktosele
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
569) Süd vəzi xərçənginin 3B mərhələsi olan 38 yaşlı xəstəyə göstərişdir:

1. süd vəzinin amputasiyası

2. radikal mastektomiya

3. əməliyyatönü şüa müalicəsi

4. əməliyyatdan sonra şüa müalicəsi

5. hormonoterapiya
A) 2, 4, 5

B) 2, 3, 4, 5

C) 1, 3, 4

D) 1, 4, 5

E) 2, 3, 4
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
570) Holsted üsulu ilə radikal mastektomiya zamanı hansının kəsilib çıxarılması lazımdır?

1. süd vəzi döş əzələləri ilə birgə

2. parasternal limfa düyünləri

3. körpücükaltı limfa düyünləri

4. qoltuqaltı limfa düyünləri

5. kürəkaltı limfa düyünləri
A) 1, 2, 4

B) 2, 3, 4

C) Yalnız 4

D) 2, 3, 5

E) 1, 3, 4, 5
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
571) Süd vəzi xərçənginin ən çox lokalizasiya etdiyi yer:
A) Giləətrafı sahə

B) Aşağı - iç kvadrant

C) Yuxarı - tış kvadrant

D) Aşağı - tış kvadrant

E) Yuxarı - iç kvadrant
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
572) Peyti üsulu ilə mastektomiya zamanı nə kəsilib çıxarılır?

1. böyük döş əzələsi

2. süd vəzi ”еnblok”

3. zədələnmiş tərəfdə bütün qoltuqaltı limfa düyünləri

4. kiçik döş əzələsi

5. körpücüküstü limfa düyünləri
A) 1, 2, 5

B) 3, 4, 5

C) 2, 3, 4

D) 2, 4, 5

E) 1,3, 4
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
573) Pecet xərçəngi nədir?
A) Süd vəzi dərisində xərçəng şişinin xoralaşması

B) Hər iki süd vəzi axacaqlarının zədələnməsi

C) Kiçik axacaqların axacaqdaxili zədələnməsi

D) Süd vəzi xərçəngi, yumurtalıqların zədələnməsi ilə

E) Süd vəzi axacaqları epitelinin xərçəngi
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
574) Penkost şişi üçün xarakterikdir:

1. Mil sümüyünün epikondiliti

2. Ağciyərin zirvəsində rentgenoloji kölgəlik

3. Zədələnən tərəfdə qol əzələlərinin atrofiyası

4. Horner sindromu

5. Divararalığının sağlam tərəfə yerdəyişməsi
A) 1, 2. 3, 4

B) 1, 2, 4

C) 2

D) 2, 3, 4



E) 1, 2
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
575) Ağciyər xərçənginə şübhə olduqda hansı müayinəni aparmaq mütləq deyil?
A) Bəlğəmin və alınmış möhtəviyyatın sitoloji müayinəsi

B) Ağciyərlərin rentgenoqrafiyası

C) Torakoskopiya

D) Bronxoqrafiya

E) Kavoqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
576) Ağciyər xərçənginin hansı formasında cərrahi müdaxilə göstərişdir?
A) Plevranın karsinomatozunda

B) Uzaq metastazlarda

C) Sağlam ağ ciyər toxumasının kompensator imkanları aşağı olduqda

D) Ağ ciyərin differensiasiya olunmayan xərçəngində

E) Penkost şişində
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
577) Bronxoskopiya zamanı xəstədə traxeya bifurkasiyasında şiş aşkarlanmışdır. Sizin taktikanız?
A) Biopsiya icra etmək

B) Şüa müalicəsi təyin etmək

C) Antibakterial müalicə təyin etmək

D) Torakoskopiya - biopsiya icra etmək

E) Kimyəvi terapiya təyin etmək
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
578) Mədə xərçənginə görə radikal əməliyyat zamanı hansı icra edilməlidir?
A) Yalnız böyük piylik çıxarılmalıdır

B) Yalnız mədə çıxarılmalıdır

C) Yalnız kiçik piylik çıxarılmalıdır

D) Mədə, kiçik və böyük piylik çıxarılmalıdır

E) Kiçik və böyük piylik çıxarılmır
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
579) Xəstədə maliqnizasiya edən mədə polipi olarsa hansı icra edilməlidir?
A) Onkoloji prinsiplərə riayət etməklə mədənin subtotal rezeksiyası

B) Polipin cərrahi yolla götürülməsi

C) Mədənin pazvari rezeksiyası

D) Mədənin ekonom rezeksiyası

E) Endoskopik polipektomiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
580) Mədə xərçəngi hematogen yolla ilk növbədə hansı üzvlərə metastaz verir?

1. qaraciyər

2. uşaqlıq

3. mədəaltı vəz

4. sidik kisəsi

5. dalaq
A) 1, 2, 3

B) 1, 3, 5

C) 2, 3, 5

D) 1, 3, 4

E) 3, 4, 5
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
581) Xərçəngin hansı formasında qida borusu divarının sirkulyar zədələnməsi xarakterikdir?
A) Düyünlü forma xərçəng

B) Infiltrativ forma xərçəng

C) Göbələyəbənzər forma xərçəng

D) Xoralı forma xərçəng

E) Papillomatoz forma xərçəng
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
582) 20-30 yaş arası qadınlarda süd vəzinin ən çox rast gəlinən şişi hansıdır?
A) Leomioma

B) Tubular adenoma

C) Fibroadenoma

D) Papilloma

E) Lipoma
Ədəbiyyat: A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.
583) Maliqnizasiya riski ən yüksək olan mədə polipi hansıdır?
A) Heterotopik

B) Yuvenil polip

C) Villoz

D) Hamartamatoz

E) Adenomatoz
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 579.
584) Aşağıdakılardan hansında süd vəzi xərçənginin yaranma riski ən yüksəkdir?
A) Uşaq əmizdirməyən qadında

B) Evlənməmiş qadında

C) Gec klimaks başlayan qadında

D) Doğmamış qadında

E) Anasında və bacısında süd vəzi xərçəngi olan qadında
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 56.
585) Aşağıdakılardan hansı mədə xərçəngi üçün inoperabel sayılmır?
A) Qarında assit

B) Göbək ətrafında metastazın olması

C) Qaraciyərdə MTS olması

D) Palpasiyada şişin əllənməsi

E) Virxov düyünün olması
Ədəbiyyat: Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 589.
586) Qida borusunun ən çox rast gəlinən xoş xassəli şişi hansıdır?
A) Leomioma

B) Angioma

C) Seroma

D) Lipoma

E) Barret qida borusu
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 150.
587) Ailəvi yoğun bağırsaq xərçəngi olan birinin hansı orqanında ikincili olaraq xərçəngin yaranma riski yüksəkdir?
A) Sidik kisəsi

B) Bronx


C) Mədə

D) Endometrium

E) Qaraciyər
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 668.
588) Süd vəzi xərçəngi ən çox harada yerləşir?
A) Aşağı - tış kvadrant

B) Yuxarı - tış kvadrant

C) Yuxarı - içəri kvadrant

D) Aşağı - iç kvadrant

E) Preareolar sahə
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 56.
589) Whiplle əməliyyatı hansı orqanın xərçəngi zamanı icra edilir?
A) Süd vəzi xərçəngi

B) Yoğun bağırsaq xərçəngi

C) Öd kisəsinin xərçəngi

D) Pankreas xərçəngi

E) Ağciyər xərçəngi
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 513.
590) Düz bağırsaq xərçəngi ən çox hansı orqana metaastaz verir?
A) Böyrək

B) Ağciyər

C) Qaraciyər

D) Baş beyin

E) Sümük
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 227.
591) Qida borusunun ən çox rast gəlinən bədxassəli şişi hansıdır?
A) Leyomioma

B) Leyomiosarkoma

C) Kolloid xərçəng

D) Yastı hüceyrədə xərçəng

E) Sarkoma
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 152.
592) Lauren təsnifatına görə mədə xərçənginin hansı tipləri var?
A) Limfoma və adenokarsinoma

B) Diffuz tip

C) Diffuz və intestinal tip

D) Metaplaziya və displaziya

E) Adenokarsinoma və leomioma
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 581.
593) Penkost şişi hansı orqan üçün xarakterikdir?
A) Ağciyər

B) Qaraciyər

C) Mədəaltı vəzi

D) Hipofiz

E) Timus
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 98.
594) Klatskin şişi hansı nahiyə üçün xarakterikdir?
A) Qapı venası nahiyəsi

B) Hepatik bifurkasiya nahiyəsi

C) Appendikulyar nahiyə

D) Periampulyar nahiyə

E) Aorta
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 540.
595) Mədə xərçənginin proqnozuna təsir edən ən vacib faktor hansıdır?
A) İcra edilən əməliyyatın növü

B) Xərçəngin növü

C) Xəstənin yaşı

D) Xərçəngin mərhələsi

E) Xəstənin qan qrupu
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 589.
596) Süd vəzinin fibroadenoması zamanı hansı əməliyyat icra edilir?
A) Peyti emeliyyatı

B) Mastektomiya + limfadisseksiya

C) Sektoral rezeksiya

D) Süd vəzinin amputasiyası

E) Mastektomiya
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 55.
597) Anal kanalın xərçəngi ən çox hansı histoloji quruluşda olur?
A) Adenokarsinma

B) Bazalioma

C) Melanoma

D) Yastı hüceyrəli xərçəng

E) Leyomioma
Ədəbiyyat: Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр.676
598) Süd vəzi xərçəngi ən çox hansı sümüyə metastaz verir?
A) bazu sümüyünə

B) dirsək sümüyünə

C) mil sümüyünə

D) körpücük sümüyünə

E) fəqərəyə
Ədəbiyyat: Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 870
599) Prolaktinoma hansı orqanın şişidir?
A) Süd vəzisinin

B) Qalxanabənzər vəzinin

C) Hipotalamusun

D) Cinsiyyət vəzilərinin

E) Hipofizin
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 674.
600) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?
A) Laziks

B) Albumin

C) Qlükokortikoidlər

D) Kontrikal

E) Mannitol
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
601) Boynun adenofleqmonasına hansı səbəb olur?
A) Qoltuqaltı limfa vəzilərinin irinləməsi

B) Çənəaltı limfa vəzilərinin irinləməsi

C) Lüdviq anginası

D) Döş-körpücük-məməyəbənzər əzələnin yuxarı hissəsinin irinləməsi

E) Ağız suyu vəzilərinin irinləməsi
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
602) Ağız boşluğu dibinin fleqmonasının tipik klinik təzahürünə aşağıdakılardan hansı aiddir?
A) Trizm

B) Alt-çənə-altı və mental nahiyyənin fleqmonası

C) Yanaq nahiyyəsinin şişkinliyi və hiperemiyası

D) Qanadvari çənə büküşünün şişkinliyi

E) Alt dodaq nahiyyəsində dərinin hiperemiyası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
603) Açıq kəllə- beyin travması nədir?
A) Dəri örtüklərinin didilmiş yarası

B) Başın yumşaq toxumalarının sıyrıntısı

C) Aponevrozun zədələnməsi ilə yara

D) Başın yumşaq toxumalarının istənilən zədələnməsi

E) Skalplaşmış yara
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
604) Baş beyinin silkələnməsinə nə aiddir?
A) Yüngül kəllə-beyin travması

B) Kəllə sümüklərinin zədələnməsi liə travma

C) Subaraxnoidal qanaxma ilə travma

D) Agır kəllə-beyin travması

E) Orta kəllə-beyin travması
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
605) Retroqrad amneziya nədir?
A) Travmadan sonra qısamüddətli amneziya

B) Travma müddətində amneziya

C) Bütün sadalananlar doğrudur

D) Travmadan sonra və qabaq qısamüddətli amneziya

E) Travmaya qədərki qısamüddətli amneziya
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
606) Obliterasiyaedici endarteriitlə xəstələrin rentgen kontrast angioqrafiyası zamanı nəyi müayinə etmək lazımdır?
A) Aorta-qalça-bud-dizaltı seqmenti, baldır arteriyası və pəncə arteriyalarını iki proyeksiyada

B) Aorta-qalça seqmenti, bud-dizaltı seqment və pəncə arteriyalarını iki proyeksiyada

C) Bud-dizaltı seqmenti

D) Dizaltı arteriya və budun diz arteriyaları şərti ilə

E) Ümumi bud arteriyası, budun dərin arteriyası, dizaltı arteriya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
607) Obliterasiyaedici endarteriitlə bir çox xəstələrdə simpatik sinir üzərində hansı tip əməliyyat aparıla bilər?
A) Bel simpatektomiyası

B) Bel simpatik qanqlionlarının novokain blokadası

C) Simpatik sinir sistemində əməliyyat göstəriş deyil

D) Döş simpatektomiyası

E) Periarterial simpatektomiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.


Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin