823) İrinli artritlər zamanı hansı halda artrotomiya əməliyyatı aparılır?
A) Oynağın dayanaqlı effekti olmayan çoxsaylı punksiyaları zamanı
B) Oynaq boşluğunda irinin olması zamanı
C) Kəskin ağrı sindromu zamanı
D) Sümüklərin oynaq hissələrinin geniş dağılması zamanı
E) Oynağın bağ aparatının dağıldığı zaman
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.
824) Septikopiyemiya ilə fəsadlaşmış kəskin hematogen osteomielitdə irinli mənbə daha çox müşahidə edilir:
A) Ağ ciyərdə
B) Dalaqda
C) Qaraciyərdə
D) Baş beynində
E) Ürəkdə
Ədəbiyyat: Т.Акжигитов. Остеомиелит. «Медицина», Москва, 1986.
825) Uc falanqanın dərialtı panarisiyasında hansı kəsik tətbiq olunur?
A) Xaçvari kəsik
B) Yan kəsik
C) Kənarı kəsik
D) Yarımoval kəsik
E) Radial kəsik
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.
826) Vətər panaritsiyası üçün xarakterikdir.
1. Barmaqda passiv hərəkətin olmamağı
2. Bütün barmağın bərabər ödemi
3. əsas falanqanın ödemi
4. Barmağın açıq vəziyyətdə fiksasiyası
5. Barmağı açan zaman ağrının artması
A) 1, 4
B) 2, 4
C) 3, 5
D) 1, 3
E) 2, 5
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.
827) Sümük dolamasının başlanğıcından sonra hansı müddətdə rentgenoloji dəyişiklik görmək olar
A) 3 gün
B) 3 ay
C) 1 ay
D) 7 gün
E) 14 gün
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.
828) Tetanus törədicilərini kim kəşf etmişdir?
A) Monastırski
B) Paster
C) Nikolayev
D) Melnikov
E) Neysser
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999.
829) Tetanusun müalicəsinə aiddir:
1. Antianaerob aktivliyi olan antibiotiklərin təyini
2. Qıcolmanın aradan qaldırılması
3. ətrafın amputasiyası
4. Tetanus əleyhinə zərdabın, anatoksinin və immunoqlobulinin təyini
5. Hemosorbsiya
A) 1, 3
B) 2, 5
C) 1, 4
D) 2, 4
E) 3, 5
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
830) Tetanusun ağırlaşması:
1. Sepsis
2. Asfiksiya
3. Fəqərə cisimlərinin kompression sınığı və əzələlərin cırılması
4. Ekssudativ perikardit, plevrit
5. Beyinin absesi
A) 1, 2, 4
B) 1, 3, 5
C) 3, 4, 5
D) 2, 4, 5
E) 1, 2, 3
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
831) Tetanusun “Klassik üçlüyü” -nı ilk dəfə təsvir edib: üçlüyü
A) Piroqov
B) Hippokrat
C) Pare
D) Larrey
E) Qalen
Ədəbiyyat: Г.Н.Цыпубляк. Хирургичекие лечение тяжелой и сочетанной травмы. « Гиппократ», СПб. 1996.
832) 2 yaşlı oğlan uşağında qasıq dəbəliyinin boğulmasından 8 saat keçib. Həkimin taktikası:
A) Spazmolitiklərin vurulması
B) Dəbəlik möhtəviyyatının özbaşına düzəlməsi üçün kompleks konservativ tədbirlər
C) Dəbəlik törəməsinin xloretillə isladılması
D) Təcili cərrahi müdaxilə
E) Rauş narkoz
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
833) 3 yaşlı qızda boğulmuş qasıq dəbəliyi var. Boğulmadan 1 saat keçib. Tədbirlər:
A) Qısamüddətli narkoz
B) Təcili cərrahi müdaxilə
C) Boğulmanın aradan qaldırmağa yönələn kompleks konservativ tədbirlər
D) Xloralhidrat imaləsi
E) Dəbəliyin əllə düzəldilməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
834) Qasıq dəbəliyində cərrahi müdaxilənin optimal yaş həddi:
A) 6 ay
B) diaqnoz qoyulan kimi
C) 3 yaşda
D) 5 yaşda
E) 1 yaş
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
835) 10 yaşlı uşaqda cərrahi əməliyyatdan 4 gün sonra erkən bitişmə keçməməzliyi əlamətləri var. Vacibdir:
A) Müşahidə
B) Planlı cərrahi əməliyyat
C) Təcili cərrahi əməliyyat
D) Barinin verilməsi, müşahidə
E) Barinin verilməsi, konservativ terapiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
836) Hirşprunq xəstəliyinin xroniki formasının cərrahi müdaxiləsinin yaş həddi:
A) 3 yaşa qədər
B) 10 yaşa qədər
C) 3-6 ay
D) 1 yaşa qədər
E) 15 yaşa qədər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
837) 6 yaş uşaqda nazik bağırsaq invaginasiyası diaqnozu qoyulub. Lazım olan tədbirlər:
A) İnvaginatın konservativ düzəldilməsi
B) Təcili cərrahiyyə əməliyyatı
C) Bari horrası ilə müayinə
D) Müşahidə
E) Planlı cərrahi əməliyyat
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
838) 2 yaş uşaqda kriptorxizmin qasıq ektopiyası forması var. Cərrahi müalicə nə vaxt məsləhətdir:
A) 6 yaşa qədər
B) Təxirəsalınmaz
C) 12 yaşa qədər
D) 16 yaşa qədər
E) 10 yaşa qədər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
839) Yuxarı formalı anadangəlmə bağırsaq keçməzliyi üçün xarakterikdir?
A) Epiqastral nahiyənin köpməsi
B) Qarının kəskin köpməsi
C) İkinci sutkadan mekoneal qusma
D) Mekoniumun xaric olmaması
E) Doğulan andan ödlü qusma və epiqastral nahiyənin köpməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
840) Stranqulyasion keçməzlik zamanı keçməzliyi törədən səbəb hansıdır:
A) Atreziya
B) Obtürasiya
C) Bağırsağın bir hissəsinin digər hissəyə keçərək pərçim olunması
D) Bağırsağın boğulması
E) Bağırsağın askaridozu
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
841) Uşaqda apendikulyar abses diaqnozu qoyulmuşdur. Cərrahi müalicə necə olmalıdır?
A) Absesin qarının ön divarından punksiya olunması
B) Absesin düz bağırsaqdan punksiya olunması
C) Absesin düz bağırsaqdan açılması
D) Absesin qarının ön divarından açılması
E) Konservativ
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
842) Uşaqlarda kəskin apendisiti hemorragik vaskulit zamanı əmələ gələn abdominal sindromdan necə fərqləndirmək olar?
A) Diafonoskopiya
B) Koaquloqrammanın yoxlanması
C) Laparoskopiya
D) Vaskulitə qarşı prednizolonla sınaq müalicəsi aparmaq
E) Laparotomiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
843) Boğulmuş qasıq yırtığı zamanı herniotomiyanın xüsusiyyəti nədən ibarətdir:
A) Ön divarın plastikası
B) Arxa divarın plastikası
C) Yırtıq kisəsinə toxunulmur
D) Yırtıq kisəsi qasıq kanalı açılandan və boğulmanın düzəldilməsindən sonra açılmalıdır
E) Yırtıq kisəsi qasıq kanalı açılana və boğulmanın düzəldilməsinə kimi açılmalıdır
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
844) Üç yaşa qədər uşaqlarda qasıq yırtığının əmələ gəlməsi nə ilə əlaqədardır?
A) Qarının ön divarının zəifliyi
B) Limfa axının pozulması
C) Xayaların xayalığa enməməyi
D) Peritonun yataq çıxıntısının obliterasiya olunmamağı
E) Fiziki gərginliyin artması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
845) Pilorostenoz üçün göstərilən klinik əlamətlərdən hansı daha xarakterikdir:
A) Ödlü qusma
B) Nəcis ifrazının olmamağı
C) Öd qarışığı olmadan çürümüş südlü qusma
D) Qanlı qusma
E) Qarnın bərabər köpməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
846) Uşaq bir udum sirkə turşusu içib və dərhal xəstəxanaya çatdırılıb. Xəstənin mədəsi hansı məhlulla yuyulmalıdır:
A) İsti su ilə
B) Turşulaşdırılmış məhlul
C) Soyuq su
D) Otaq temperaturunda su
E) Qələvi məhlul
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
847) Uşaq qatı qələvi içib. Mədəni hansı məhlulla yumaq lazımdır:
A) Soyuq su
B) Turşulaşdırılmış məhlulla
C) Qələvi məhlulla
D) İsti su
E) Otaq temperaturlu su
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
848) Apostematoz nefritin fəsadlaşmasına səbəb ola bilən hansıdır:
A) Sidik axarının daşı
B) Ləyənciyin daşı
C) Sidik kisəsinin daşı
D) Yuxarı kasacığın daşı
E) Böyrəyin mərcan daşları
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
849) 8-aylıq oğlan uşağında sol tərəfli kriptorxizm var. Sizin taktikanız:
A) Təcili əməliyyat
B) 2-3 yaşda əməliyyat
C) 1 yaşa kimi əməliyyat
D) 15 yaşdan sonra əməliyyat
E) hormonal müalicə
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
850) Qida borusunun xalaziyasında qeyd olunan əməliyyatlardan hansı icra edilir?
A) Nissen üsulu ilə fundoplikasiya
B) Kardiomiotomiya
C) Qastrotomiya
D) Qastrostomiya
E) Pilorotomiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
851) Anadangəlmə bud sümüyü başının çıxığının altı aydan sonra konservativ müalicəsinin əsası nədən ibarətdir?
A) Narkoz altında qapalı repozisiya
B) Frekye döşəyi ilə funksional müalicə
C) Geniş bələmə
D) Osteosintez
E) Funksional dartma
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
852) Qalxanabənzər ətraf vəzin tipik yeri:
A) Hər iki payın orta ön səthi
B) Hər iki payın aşağı və yuxarı paylarının arxa səthləri.
C) Döş sümüyü arxası sahə
D) Hər iki payın yuxarı ön səthi
E) Hər iki payın aşağı ön səthi
Ədəbiyyat: И.С.Брейдо. Хирургическое лечение заболеваний щитовидной железы. «Медицина», Санкт-Петербург, 1998.
853) Birincili hiperparatireozun müalicəsinin effektliyinin göstəricisi:
A) Kalsi-fosfor mübadiləsinin normallaşması
B) Yanğı hissinin itməsi
C) Sümüklərdə ağrı hissinin aradan qalxması
D) Ürəkbulanma və qusmanın aradan qalxması
E) Çəkinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
854) Qalxanabənzər vəzin maliqnizasiyası daha çox rast gəlir :
A) Kerver urunda
B) Fəaliyyətsiz tək düyünlərdə
C) Riddi urunda
D) Haşımoto urunda
E) Follikulyar adenomada
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
855) Şəkərli diabetin ağırlaşması nəticəsində «Diabetik pəncənin» əmələ gəlməsinə şərait yaradan amillər hansılardır:
A) Xroniki diabetik nevropatiya
B) Xroniki diabetik nevropatiya ,arteriyaların aterosklerotik obstruksiyası , bakterial infeksiya
C) Xroniki diabetik nevropatiya və bakterial infeksiya
D) Bakterial infeksiya
E) Arteriyaların aterosklerotik obstruksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
856) Diabetik anqiopatiya dedikdə aşağıdakılar nəzərdə tutulur:
A) İri kalibrli damarların zədələnməsi
B) Kiçik kalibrli damarların zədələnməsi
C) Kiçik və orta kalibrli damarların zədələnməsi
D) Qan damarlarının generalizə (iri, orta və kiçik kalibrli) olunmuş zədələnməsi
E) Orta kalibrli damarların zədələnməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
857) Suda həll olunan sadə insulin dəri altına yeridilməsi zamanı maksimum təsir müddəti hansıdır:
A) 3 saat
B) 30 dəqiqə
C) 1 saat
D) 2 saat
E) 6 saat
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
858) Tireotoksikozun konservativ müalicəsində aşağıdakı dərmanlar işlədilməlidir:
1. Mərkəzi sinir sisteminə sakitləşdirici təsir edən dərmanlar
2. Yod tərkibli dərmanlar
3. Tireostatik dərmanlar
4. Radioaktiv yod.
5. Antikoaqulyantlar
A) 1, 3
B) 3, 5
C) 2, 4
D) 2, 5
E) 1, 4
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
859) Qirtlağin xərçəngi 1-ci mərhələ (T1NOMO) hansı müalicə taktikası optimaldır?
A) kompleks müalicə - şüa müalicəsi və kimyəvi terapiya
B) cərrahi müalicə
C) kimyəvi terapiya
D) şüa müalicəsi
E) kombinə olunmuş müalicə - şüa müalicəsi və cərrahi müalicə
Ədəbiyyat: М.И.Давыдов. Энциклопедия клинической онкологии, «ГЕОТАР-МЕД», Москва, 2004.
860) Qida borusunun xoşxassəli şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) kimyaterapiya
B) şüa müalicəsi
C) şüa müalicəsi + kimyaterapiya
D) simptomatik
E) cərrahi
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.
861) Adenoma, xondroma, hamartoma ağciyərin hansı xəstəliklərinə aiddir?
A) xoşxassəli şişlərinə
B) ağciyərin qeyri-spesifik xəstəliklərinə
C) xərçəngönü xəstəliklərinə
D) vərəmə
E) ağciyərin damar anevrizmaları
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.
862) Süd vəzisinin giləsinin eroziyası hansı xəstəlikdə müşahidə olunur?
A) pecet xərçəngi
B) mastit
C) fibroadenoma
D) sarkoma
E) kistozlu-fibroadenomatoz
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
863) Onkoloji markerlərdən hansı süd vəzisinin xərçənginin diagnostikasında ən yüksək spesifik əhəmiyyət daşıyır?
A) CEA
B) CA 19-9
C) CA 125
D) CA 15-3
E) AFP
Ədəbiyyat: А.С.Белохвостов, А.Г.Румянцев. Онкомаркеры. «Медицина», Москва, 2002.
864) Süd vəzisinin xərçənginin təsdiqində hansı müayinə üsulu həlledicidir?
A) morfoloji müayinə
B) kliniki müayinə
C) radioizotop müayinə
D) rentgenoloji müayinə
E) ultrasəs müayinəsi
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
865) Süd vəzisinin giləsindən qanlı ifrazatın gəlməsi hansı xəstəlikdə müşahidə olunur?
A) fibroadenoma
B) düyünlü mastopatiya
C) axacaqdaxili papilloma
D) mastit
E) sarkoma
Ədəbiyyat: В.П.Летягин, И.В.Высоцкая, А.А. Легков. Лечение доброкачественных и злокачественных заболеваний молочной железы. «Медицинa», Москва, 1997.
866) Virxov metastazı termini altında nə anlaşılır?
A) sol körpüçüküstü limfa düyününə metastaz
B) yumurtalıqlara metastaz
C) kiçik çanağın toxumasına metastaz
D) göbəyə metastaz
E) ağciyərlərə metastaz
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
867) Mədənin cisminin xərçəngində hansı cərrahi əməliyyatı aparmaq lazımdır?
A) mədənin subtotal rezeksiyası
B) mədənin proksimal rezeksiyası
C) qastroenteroanastomozun qoyulması
D) mədənin rezeksiyası
E) qastrektomiya
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
868) Bilio-pankreatoduedonal zona üzvlərindən hansı xərçənglə daha çox zədələnir?
A) 12-barmaq bağırsaq
B) qaraciyərdən kənar öd çıxarıcı yolları
C) mədəaltı vəzi
D) öd kisəsi
E) fater məməciyi
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
869) Yoğun bağırsağın hansı xoş xassəli şişi yüksək tezliklə xərçəngə keçir?
A) psevdapolipoz
B) lipoma
C) adenomatoz palipoz
D) leomioma
E) angioma
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
870) Yoğun bağırsaq xərçənginin hematogen metastazlarının daha çox sevdiyi lokalizasiya
A) ağciyərlər
B) sümüklər
C) qaraciyər
D) böyrəküstü vəzilər
E) dalaq
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
871) Əgər düz bağırsağın xərçəngi anal dəlikdən 2 sm yuxarıdadırsa, hansı cərrahi əməliyyat məsləhətdir?
A) düz bağırsağın ön rezeksiyası
B) hartman əməliyyatı
C) düz bağırsağın qarın-aralıq ekstripasiyası
D) sfinkter saxlayıcı əməliyyat
E) düz bağırsağın qarın-anal rezeksiyası
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
872) Yoğun bağırsağın xərçəngin diaqnostikasında ən dəqiq müayinə üsulu?
A) KT
B) USM
C) qarın boşluğunun rentgenoloji müayinəsi
D) MRT
E) kolonoskopiya, biopsiya ilə
Ədəbiyyat: М.И.Давыдов. Энциклопедия клинической онкологии. «ГЕОТАР-МЕД», Москва, 2004.
873) Uşaqlıq boyunu xərçəngi üçün daha çox metastaz vermə xarakterikdir
A) hematoqen
B) limfoinplantasion
C) implantasion
D) limfoqen
E) hematolimfogen
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
874) Yumurtalıq xərçəngində əsas müalicə üsulları:
A) cərrahi+kimya terapiya
B) kimya terapiya
C) konservativ müalicə
D) cərrahi müalicə
E) şüa müalicəsi
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
875) Sidik kisəsinin xərçəngönü xəstəlikləri:
A) spesifik sistit
B) qeyri-spesifik sistit
C) sidik kisəsinin daş xəstəliyi
D) sidik kisəsinin papillomatozu
E) sidik kisəsinin travması
Ədəbiyyat: Б.П.Матвеев. Клиническая онкология. Москва, 2003
876) Xaya xərçəngində əsas müalicə üsulu:
A) şüa terapiyası
B) simptomatik
C) cərrahiyə
D) fizioterapevtik
E) cərrahi + kimyaterapiya
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
877) Hepato-pankriatolduedenal zona şişlərinin diaqnostikasında hansı diaqnostik müayinə informativdir?
A) FQDS
B) USM
C) dəridən və qaraciyərdən keçməklə xolangioqrafiya
D) rentgenoloji duedenoskopiya
E) retroqrad pankreotoxolancaqrifiya
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
878) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir?
A) bağırsaq keşməməzliyi
B) fistulanın əmələ gəlməsi
C) şişin perforasiyası
D) şişdən qanaxma
E) kiçik çanağa metastazlar
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
879) 67 yaşlı xəstə qarnın sağ yarısında ağrıdan, köpdən, bir neçə dəfə qusmadan və bundan sonra az müddətli yaxşılaşmadan şikayətlə daxil oldu. Əvvəllərdə xəstədə qarnın sağ yarısında ağrılar, qəbzlik və hərdən duru nəcis ifrazı ilə əvəzlənmə olub. Obyektiv olaraq qarın bir qədər sağ tərəfdə köpdür, tənəffüsdə iştirak edir, yumşaqdır, sağda ağrılıdır və ön divarda bir qədər əzələ gərginliyi və güclü peristaltika müəyyən edilir. Təmizləyici imalədən sonra xəstədə nəcis ifrazı olub buna baxmayaraq qarnında köp və ağrı qalmaqdadır. Birinci növbədə hansı diaqnostik müayinə aparmaq lazımdır?
A) rektoromonoskopiya
B) qanın ümumi müayinəsi
C) fibrokolonoskopiya
D) qarın boşluğunun rentgen müayinəsi
E) USM
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
880) Xəstədə müayinələr əsasında düz bağırsağın yuxarı ampulyar şöbəsinin xərçəngi diaqnozu qoyulmuşdur. Histoloji müayinə yüksək differensiyalı adenokarsinoma müəyyən etmişdir. Şiş anusdan 9 sm yuxarıda yerləşir və ətraf toxumalara sirayət etmir. Kəskin bağırsaq keçməməzliyi əlamətləri yoxdur. Xəstəyə hansı həcmdə cərrahi əməliyyat aparmaq mümkündür.
A) Mikulic əməliyyatı
B) düz bağırsağın ön rezeksiyası
C) düz bağırsağın qarın aralıq ekstirpasiyası
D) hartman əməliyyatı
E) qoşalüləli kolostoma qoyulması
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987.
881) Xəstə 57 yaşında, döş qəfəsinin sağ yarısında ağrılar, hərarət, üşütmə, öskürək şikayətləri ilə daxil olmuşdur. Döş qəfəsinin rentgenoqrammasında sağ ağ ciyərin orta payında homogen kölgə müəyyən edilir. Anamnezdən məlum olur ki, son bir ildə həkimlər xəstədə 4 dəfə sağ tərəfli orta payın pnevmoniyası diaqnozu qoymuşlar. Bu halda hansı xəstəlik güman oluna bilər?
A) ağ ciyərin mərkəzi xərçəngi
B) bronxun xərçəngi
C) vərəm
D) bronxoektaziya xəstəliyi
E) ağ ciyərin periferik xərçəngi
Ədəbiyyat: А.Х.Трахтенберг. Рак легкого. «Медицина», Москва, 1987.
882) Xəstə 53 yaşında, baxış zamanı sol süd vəzisi kiçilmiş, deformasiyaya uğramışdır. Dəri örtüyü infiltrasiya edərək qabarlı təbəqəyə çevrilmişdir. Dərinin bəzi yerlərində xoralaşma və qansızma aşkar olunur. Gilə batmışdır, sol qoltuqaltı çuxurda böyümüş, bərkimiş limfa düyünləri əllənir, menopauza. Bu halda hansı müalicə taktikasının seçilməsi məqsədə uyğundur?
A) süd vəzisinin amputasiyası + kimyaterapiya
B) genişləndirilmiş radikal mastektomiya
C) kimyaterapiya + hormonal müalicə
D) şüa terapiyası
E) kombinə olunmuş müalicə
Ədəbiyyat: Е.А.Колосов, А.Г.Захарян. Рецидивы злокачественных опухолей и прогноз для больных. Киров, 1995. Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
883) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri:
A) xəstənin vəziyyətinin yaxşılaşması
B) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək
C) residivlərin profilaktikası
D) şişin ölçülərinin kiçilməsi
E) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
884) Ağır vəziyyətdə olan xəstəyə ilkin yardım məqsədilə hansı tədbirlər vacibdir:
A) radioprotektorun qəbulu
B) qusma əleyhinə tədbirlər
C) hemosorbsiya
D) dərinin dezaktivasiyası
E) reanimasion tədbirlər
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва, 1986.
885) Kəskin şüa xəstəliyi zamanı hansı sistem tərəfindən kliniki əlamətlər mütləqdir:
A) qanyaradıcı sistem
B) immun sistem
C) mərkəzi sinir sistemi
D) ürək damar sistemi
E) həzm sistemi
Ədəbiyyat: B.Ə.Baxşiyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
886) Kəskin şüa xəstəliyi zamanı periferik qanın analizində ilk növbədə miqdarı azalır:
A) limfositlərin
B) trombositlərin
C) neytrofillərin
D) eritrositlərin
E) leykositlərin
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва , 1986.
887) Əng sümüyü innervasiya edilir.
A) üz siniri ilə
B) üçlü sinirin 2-ci şaxəsi ilə
C) üçlü sinirin 1-ci şaxəsi ilə
D) dil-udlaq siniri ilə
E) üçlü sinirin 3-cü şaxəsi ilə
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
Dostları ilə paylaş: |