Rup: md 0701 Mirseyibli Sədi Aydın oğlu buraxiliş İŞİ


Xristianlıq dini abidələri mədəni dəyərlə kimi



Yüklə 1,77 Mb.
səhifə2/12
tarix10.01.2022
ölçüsü1,77 Mb.
#110098
1   2   3   4   5   6   7   8   9   ...   12
2.1. Xristianlıq dini abidələri mədəni dəyərlə kimi............................35-46

2.2. İslam memarlıq nümunələri mədəni– tarixi dəyərlər kimi........47-57

NƏTİCƏ .................................................................................................58-59

Ədəbiyyat ................................................................................................60-62

İllüstrasiya ...............................................................................................63-64

Giriş

Tədqiqatın aktuallığı. Abşeron Azərbaycanın mədəni və dini baxımdan ən qədim məskənlərindən biridir. Bu məkanın dini memarlıq abidələrini hər tərəfli tədqiq etməkdən ötrü mütləq dini dəyərlərin yarandığı zamanlardan başlamaq lazımdır. Bu səbəbdən Azərbaycan tarixində yaranan ilk dini dünyagörüşün yaranma səbəblərini və bu dinlərin sayəsində müxtəlif zamanlarda ölkəmizdə yaradılmış dini memarlıq abidələrindən söhbət açılmalıdır. Aparılmış arxeoloji qazıntılar nəticəsində sübuta yetirilmişdir ki, müxtəlif dövrlərdə mövcud olmuş dini memarlıq abidələrinin bir çoxu özündən sonra gələn digər dinlərin təsiri nəticəsində elə onun yerində də o dinə uyğun memarlıq abidəsi ucaldılmışdır. Dini memarlıq abidələri Azərbaycanda mövcud olan dinlərə uyğun inşa olunmuşdur. Bu abidələrin yaradılma əhəmiyyəti yalnız dinə ibadətdən irəli gəlmişdir. Abşeron ərazisində yerləşən dini memarlıq abidələri öz əhəmiyyətini daima qorumaqda davam etdirir. Qədim zamanlarda mövcud olmuş Zərdüştlük dini abidələrindən tutmuş, Xristianlıq və İslam dininə mənsub olan memarlıq abidələrinin mövcudluğu tədqiqat işinin əsas qayəsini təşkil edir.

Mövzunun aktuallığı ondan ibarətdir ki, ölkəmizdə əsası ilkin dini inanclara dayanan, bu gün Abşeronu öz gözəlliyi ilə bəzəyən məbədlər, qalalar, məscidlər, kilsələr, dini inanc yerləri mədəniyyətimizin şöhrətini daha da artırmaqdadır. Qədim dini inancları özlərində ehtiva edən və Azərbaycandan kənarda yaşayanlar, indinin özündə də həmin abidələri özlərinin dini ziyarətgahlarına çeviriblər. Bu isə dini turizm anlayışının daha da inkişaf etməsinə öz töhfəsini verir. Bu nöqteyi nəzərdən ölkəmizə gələn bütün insanlar bu möhtəşəm dini memarlıq abidələri ilə yaxından tanış olmaq imkanına malikdirlər.




Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin