Tədqiqatın məqsədi. Məqsəd əsasən Abşeron memarlıq abidələrinin turizmi nöqteyi nəzərdən baxımlığını önə çəkməkdən ibarətdir. Bu nöqteyi nəzərdən Abşeron ərazisində mövcud olan bütün dini memarlıq abidələrinin qısada olsa şərhi öz əksini tapmışdır. Azərbaycan ərazisində mövcud olmuş bütün dinlərin təsnifatı ilə yanaşı onların müxtəlif zamanlarda inşa etdirdikləri dini abidələri haqqında müqayisəli təhlil aparılması məqsəd kimi də göstərilmişdir. Qarşıya qoyulan əsas məqsəd isə ölkəmizə gələn turistlərin marağını Abşeron memarlıq abidələrinə cəlb etməkdən ibarətdir.