Tədqiqatın vəzifələri onun məqsədindən irəli gəlir:
--Azərbaycan ərazisində mövcud olmuş dinlərin qısa təsnifatı və bu dinlərə aid Abşeronda mövcud olan dini memarlıq abidələrinin təhlili.
--Abşeron dini memarlıq məktəbində mövcud olan abidələrin bir çox dinlərə aid tikili nümunələri ilə müqayisəli təhlilinin verilməsi.
--Abşeron memarlıq məktəbində mövcud olan İslam dininə aid tikililərin təhlili.
--Abşeron dini memarlıq məktəbinin turizmi cəhətdən ön plana çəkilməsi
Tədqiqatın obyekti və predmeti onun aktuallığı və yeniliyi baxımından seçilib: Azərbaycan ərazisində mövcud olmuş dini memarlıq nümunələrinin müqayisəli təhlili qarşıya qoyulmuşdur.
Bir çox tədqiqatçılar Abşeron dini memarlıq abidələri haqqında yetərincə məlumat vermişdilər. Biz əsasən bu elmi işlə sübut etməyə çalışırıq ki, Abşeron yarımadasında mövcud olan dini memarlıq nümunələri turizm nöqteyi nəzərdən öz yerini tapmamışdır. Bu dini memarlıq abidələri gələcək zamanda turizm baxımından daha çox maraq kəsb edə bilər.
Dostları ilə paylaş: |