Tədqiqatın metodoloji əsasları. Metodoloji əsaslar kimi tarixi-mədəni, tarixi-bədii və tarixi-memarlıq yanaşma tərzinə üstünlük verilib. Buraxılış işi üzərində işləyən zaman tədqiqatda kompleksli metoddan istifadə edilmişdir, yəni əyani şəkildə material əhatəli şəkildə təhlil olunmuş, Abşeron dini memarlıq abidələrinin tarixi, üslubu və tipoloji xüsusiyyətləri öyrənilmişdir. İlk növbədə faktiki material hərtərəfli təhlil edilmiş, imkan daxilində bütün öyrənilən dövrə aid abidələr qeydə alınmışdır.
Buraxılış işində materiallar mümkün qədər əhatəli verilib, bununla belə, qarşımıza qoyulan problem hədlərində maraq doğura biləcək bütün obyektləri təhlil etmək qeyri-mümkün olmuşdur və burada xüsusi seçim aparılmışdır. Meyar kimi aşağıdakı mövqe əsas götürülmüşdür: ilk növbədə, icrasına görə yüksək səviyyədə olan Abşeron dini memarlıq abidələri seçilmişdir. Bu abidələrin turizmi nöqteyi nəzərdən əhəmiyyətinin ön plana çəkilməsi əsas götürülmüşdür.
Elmi yenilik. Tədqiqat işinin elmi yeniliyi məhz problemin özünün qoyuluşu ilə müəyyən olunur və əsasən aşağıdakı müddəalarda öz əksini tapır:
--İlk dəfə Abşeron dini memarlıq abidələri kompleks şəklində təhlil edilmişdir.
--Abşeron yarımadasında yerləşən bütün dini memarlıq abidələri haqqında qısa xarakterli məlumatın verilməsi öz əksini tapmışdır.
--İlk dəfə Abşeron yarımadasında yerləşən dini memarlıq abidələri turizmi cəhətdən göstərilmişdir.
Buraxılış işinin quruluşu. Buraxılış işi giriş, iki fəsil, dörd yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Tədqiqatın məzmunu kompüter yığımının 63 səhifəsində öz əksini tapmış, illüstrasiyalar isə albom şəklində buraxılış işinə əlavə kimi təqdim olunmuşdur.
Dostları ilə paylaş: |