|
|
səhifə | 13/59 | tarix | 04.01.2022 | ölçüsü | 310,52 Kb. | | #55533 |
| Birinci Mən. Əli Bayramovu öldürüblər.
O. Sabah saat onbirdən gec olmayaraq, XI ordu Bakıda olacaq.
Üçüncü Mən. Onda bizim ultimatum verməyimizin nə mənası var?
O. Bir də təkrar eləyirəm, hakimiyyətə sülh yolu ilə gəlmək üçün, ən kiçik imkandan da yararlanmağa çalışmalıyıq.
İkinci Mən (yenə də istehza ilə). Hakimiyyətə gəlmək üçün, bütün imkanlardan yararlanmaq gərəkdir.
O (təəcüblə). Bunu necə başa düşək?
İkinci Mən. Elə eşitdiyiniz kimi də başa düşün. Məqsədə çatmaq üçün bütün mümkün vasitələr məqbuldur.
O. Mən bununla razı deyiləm.
İkinci Mən (istezayla). Elə şeylər var, onu heç kim boynuna almaq istəmir. Bunu hətta özündən belə gizlədir.
O. Yalandır!.. Mən həmişə öz prinsiplərimə zidd olan vasitələrdən uzaq qaçmağa çalışmışam...
İkinci Mən. Çalışmısan... Ancaq həmişəmi onlardan qaça bilmisən?..
Dostları ilə paylaş: |
|
|