Üçüncü Mən. Ya da müdrikliyinin! Axı hər bir nəticə, ancaq və ancaq sonsuz nəticələr zəncirinin növbəti halqasıdır. Bugünkü qələbə, çox vaxt sabahkı məğlubiyyətə aparır.
Sədrlik edən. Gürcüstandan gələn teleqram. (Oxuyur.) “Gürcüstan respublikasının parlamenti ilə hökuməti adından, qardaş azərbaycan xalqını Avropa xalqları ailəsinin tam hüquqlu üzvü olması münasibəti ilə təbrik edirik. Qoy bu zəfər bizim respublikaların xalqlarının öz aralarında daha da sıx birləşərək, öz müstəqilliyini qorumaq uğrundakı çalışmalarını bir az da gücləndirsin. Yaşasın, azad Azərbaycanın azad xalqı.” (Alqışlar.)
O. Müsavat parlamentinə ultimatumun verilməsi, bütün şübhələri silib atacaq bir zərurətdir. Bu, ən humanist, ən müdrik addımdır. Bu, bütün dövrlərdə anılacaq bir qələbə olacaqdır.