Kirənişin. Ağa, mən sənə inanıram. Sən mənim burada qalmağımı istəyirsənsə mən qalaram... Ancaq sən arxayınsanmı ki, mənim dalımca bura kimlərsə gəlməyib?
Birinci qonşu (özünü itirib baxışlarını yayındırır). Mən ki, and içdim...
Qazanpapaq xəfiyyə, özünün iki papaqlı əlaltısı ilə gəlir. Kirənişin (onları görür). Sənə nə deyim, ay ağa!
Qazanpapaq (yavaş səslə papaqlılara deyir). Burada yox, cənablar... Şahid olmayan yerdə. (Kirənişinə yaxınlaşır.) Cənab Kələntərov sizsiniz?
Kirənişin. Siz yanılırsınız, mənim familiyam başqadır.
Qazanpapaq. Bilirəm, sizin familiyalarınız çoxdur, cənab Kələntərov. Ancaq bu heç nəyi dəyişmir. Bizimlə gedəcəksiniz.