Birinci qonşu. Mən çox uzun bir zamanda susub dayandım. Ancaq onlar indi görərlər kimə ilişiblər! Daha məni heç kim saxlaya bilməz!
Arvadı ilə qızlarını itələyib, xəfiyyə ilə papaqlıların getdiyi səmtə qaçır.
Aktyorlar Piyeronun cənazəsini qaldırıb evə aparırlar. Uzaqdan atəş səsləri eşidilir. Leninin səsi.Əsil inqilabın ən başlıca əlamətlərindən biri... laqeyd adamların birdən tələsik, gözlənilmədən, kəskin bir şəkildə siyasətə qoşulub, fəal, müstəqil siyasi fəaliyyətə başlamasıdır!
İKİNCİ HİSSƏ