RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə31/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   27   28   29   30   31   32   33   34   ...   59
O. Xatırlayıram.

Kolombina. Yaxşı, bir şey çıxdımı bu diləklərindən?! Böyük məqsədlərə qulluq eləmək naminə məni qurban verdin, bizim sevgimiz inqilabi imtina məbədində qurban oldu—yoxsa bütün bunları bir neçə il sonra öz mənliyini yaxşı qiymətə satmaq üçünmü eləmişdin?! Yəni, yüksək inqilabi idealları satıb, gerçək burjua dəyərləri almaq üçünmü idi, gördüyün bütün o işlər? Doğrudanmı, sən hələ onda bütün bunların belə qurtaracağını bilirdin?

O. Yox, bilmirdim.

Kolombina (itehza ilə). Həyatmı məcbur elədi?

O. Gəl belə güman eləyək.

Kolombina. Mən də belə düşünmək istərdim. Sözün düzü, mənə elə gəlir, səni həyat buna sürükləyib. Sən onda çox təmiz bir insan idin, hər bir sözündə həqiqət işığı vardı. Sən onda yalan danışa bilməzdin. Sən bütün dediklərinə özün də ürəkdən inanırdın, ona görə də çox gözəl görünürdün. İlahi, gör həyat insanları necə dəyişir. Biz özümüzdən ideallar uydururuq ki, sonradan onları sata bilək...


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin