RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni


Kolombina. Məni bəyənirsənmi? Məzlum



Yüklə 310,52 Kb.
səhifə39/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   35   36   37   38   39   40   41   42   ...   59
Kolombina. Məni bəyənirsənmi?

Məzlum. Sən çox gözəlsən!

Kolombina. Mən istəyirəm ki, sən məni daha da bərk sevəsən! (nazlanaraq, köks ötürür.) Ancaq bunun üçün vaxt lazımdır.

Məzlum. Mən səni elə ilk baxışdanca sevdim! Mənə səni sevmək üçün vaxt gərək deyil. Mən bütün varlığımla sənə heyran olmuşam.

Kolombina. De görüm, mənim istəklərimi yerinə yetirməyə hazırsanmı?

Məzlum. Ürəyindən nə keçirsə, hamısını yerinə yetirməyə hazıram.

Kolombina. And iç!

Məzlum. And içirəm!

Kolombina. Mənim yeganə məqsədim səni azad etməkdir. Sən doğrudan da məni sevirsənsə, onda bu İstismarçının üstünə hücum eləməlisən!
Məzlumun əllərindən qandalları açır. Məzlum keyimiş əllərini ovuşdurur, sonra İstismarçıya doğru bir neçə addım atır, İstismarçı xoruldayır, sonra xorultusu kəsilir.
Kolombina (səbirsizliklə). Niyə dayandın?
Məzlum utansa da, ancaq yerindən tərpənməyə ürək eləmir.
Kolombina. Eh, sənə nə deyim! Bax gör, o necə də şişman və gücsüzdür. Sən bircə zərbə ilə onun ruhunu bədənindən ayıra bilərsən.

Məzlum (çəkingənliklə). Axı onun əlində qamçı var.

Kolombina. O qamçı sənin əlində olsa, vurduğunu daha da bərk ağrıdacaq.

Məzlum. Axı qamçı mənim əlimdə deyil, onun əlindədir.

Kolombina. Mən qamçını onun əlindən necə almağı sənə öyrədərəm. Sənə kömək eləyərlər!
Kolombina əlindəki bayrağı qətiyyətlə yelləyir, furqonun arxasından “Marselyoza” sədaları altında İkinci Məzlum, arxasınca gilyotini sürüyüb buraya gətirir, onun da əynində cır-cındır var, ancaq başına qırmızı yakobinçi papağı qoyub.
Kolombina (İkinci Məzluma). Ona kömək elə.
Məzlumlar birlikdə İstismarçının üstünə atılırlar, onun əlindən qamçını alıb özünü də gilyotinə sarı sürüyüb aparırlar.
İstismarçı (ümidsizcəsinə müqavimət göstərir, qışqırır). Buraxın məni! Əl çəkin məndən! Siz nə cürət eləyib öz ağanıza əl qaldırırsınız?! Mən sizə iş vermişəm, sizi dolandırmışam. Sizin ata-babalarınız mənə sədaqətlə qulluq eləmişdilər. Buraxın məni, yoxsa mənim qisasım çox qorxunc olacaq.
Məzlumlar bir anlıq dayanıb tərəddüd eləyirlər, Kolombinaya sarı baxırlar.

Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin