Birinci Məzlum. Bu nədir?
İkinci Məzlum gilyotinin yanına qaçır. Gilyotinin səs-küylə aşağı-yuxarı hərəkət eləyən bıçağını dayandırmaq istəsə də heç nə çıxmır. Sonra dönüb yerdə uzanmış Kolombinaya baxır. İkinci Məzlum. Dayanmır.
Birinci Məzlum.Heç olmasa elə eləmək olmazmı ki, bir az səs-küysüz işləsin?
İkinci Məzlum. Olar, ancaq bunun üçün gərək sən başını onun bıçağının altına verəsən.
Birinci Məzlum. Bunu sən də eləyə bilərsən. (Kolombinaya yaxınlaşıb onun yanında dizi üstə çökür.) İkinci Məzlum da Kolombinanın cənazəsinin yanında diz çökür. Birinci Məzlum (yas içində). O öləndən sonra da əvvəlki kimi gözəldir.