RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni


O. Biz hakimiyyəti ələ alan kimi həqiqi demokratiya qurmağa başlayacağıq–bütün xalq üçün olan demokratiya. Birinci Mən



Yüklə 310,52 Kb.
səhifə48/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   44   45   46   47   48   49   50   51   ...   59
O. Biz hakimiyyəti ələ alan kimi həqiqi demokratiya qurmağa başlayacağıq–bütün xalq üçün olan demokratiya.

Birinci Mən. Hər şey zorla həll olunacaqsa, burada hansı demokratiyadan danışmaq olar? Zor bir dəfə tətbiq olunmağa başlandımı, o, gec ya tez, onu tətbiq eləməyə başlayanın tabeliyindən çıxır. Ötənlərdə olmuş inqilabları yadına sal; bir zorun tətbiqi başqa bir zorun meydana çıxmasına gətirmiş, bütün bu işlərin sonu isə diktaturanın hakimiyyətə gəlməsi ilə qurtarmışdı. İngiltərədə Kromveli, Fransada Napoleonu yadına sal. Pobespiyeri, Dantonu, Maratı, Demuleni, Sen-Jyüsti və çoxlu başqalarını xatırla, onlar xalqı Bactiliyanı almağa aparmışdılar, inqilabın qələbəsi uğrunda döyüşmüşdülər, onlar bu qələbə naminə hər şeylərindən keçmişdilər. Nə oldu onların axırı?

O. Hamısını gilyotinə göndərdilər. Ancaq onlar hamısı burjua inqilabçıları idilər, kortəbii hərəkət elədiklərindən aralarında möhkəm bir birlik yox idi, ən başlıcası onların vahid ideoloji platformaları yox idi. Biz isə marksizm nəzəriyyəsi ilə silahlanmışıq, onların aşa bilmədiyi maneələri də, başqa qarşıya çıxa biləcək problemləri də, biz bu nəzəriyyənin köməyi ilə qabaqcadan görə bilirik. Biz, bütün fəaliyyətimizi yönəldən partiyada birləşmişik.

Birinci Mən. Biz məhdud sayda intellektual potensialı olan kiçik bir xalqıq. Biz hətta savadlı adamlarımızın sayı ilə öyünə də bilmərik. Mən qorxuram, bu hadisələrin gedişində yüzilliklər boyu topladığımız intellektual potensialımızı da itirək.


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin