İkinci qonşu (özü-özünə danışır). Günah mənim özümdədir. Sən kimsən axı mən səninlə nərd oynayıram? Mənim rəhmətlik atam elə yaxşı eləyib sizi adam yerinə qoymazdı.
Birinci qonşu. Sənin atanın bura nə dəxli var? Bir dənə daşa görə, bax gör hələ mənə nə sözlər deyirsən! Utan barı... Evinin damı uçanda mən səndən bir qəpik də almayıb, onu pulsuz-parasız təmir elədim, ancaq sən onda nədənsə heç bəy soy-kökünü yada salmırdın.
İkinci qonşu.Mən elə belə də bilirdim, sən əvvəl-axır bu damı təmir eləməyini mənim gözümə soxmalı idin. Sənin pulunu verəcəyəm, darıxma, pulun çatar...
Birinci qonşu. Mən bunu sənin uşağının xətrinə elədim. Dedim qoy uşaq yağış altında qalıb islanmasın... Sənin pulun olmadan da keçinərəm. Belə pullusan, get uşağına pal-paltar al, qoy əyni-başı sevinsin...