Birinci qonşunun arvadı. Bunlar səndən nə istəyirlər?
Birinci qonşu (yazıq görkəmdə). Məni öldürmək istəyrdilər. Nə üçün? Mən kimə neynəmişəm, kimə toxunan bir söz demişəm?! Özüm üçün yaşayıram, heç kimlə işim yoxdur. Hamıdan da razıyam. Qubernator var idi—sağ olsun, ingilislər gəldi—onlar da sağ olsunlar, türklər gəldilər—çox sağ olsunlar, müsavat gəldi—elə onlar da sağ olsunlar, ruslar gələcək—belə lap xoş gəlsinlər. Daha nə istəyirsiniz? Mən bundan artıq nə eləyə bilərəm? Məni niyə öldürüsünüz axı?!
Sədrlik edən.Norveçdən gələn teleqram. (Oxuyur.) “Norveç hökumətinin adından müstəqil Azərbaycanın parlamentinə salamlarımı yetirirəm, gənc respublikanızın gələcəyi üçün gördüyünüz quruculuq işlərində sizlərə uğurlar diləyirəm. Norveçin Rusiya səfirliyinin Qafqaz konsulu.”
Üçüncü Mən.Polis qoçuların əli ilə, hökumətə qarşı çıxanları öldürtdürür.