RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə22/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
Birinci Mən. Ya da kimlərisə!..

İkinci Mən. Bəli, lazım gəlsə, lap kimləri də! Özü də buna görə utanmağa da dəyməz. Həqiqətin gözünün içinə dik baxmaq lazımdır. Kİmsə bu dünyada nəsə bir uğur qazanmaq istəyirsə, gərək maneələri adlaya bilmək bacarığına da yiyələnsin.

Birinci Mən. Hətta bu maneə insan olsa belə, fərqi yoxdurmu?

İkinci Mən. İnsanı ayaqlayıb keçəndə gərək bir az ayıq-sayıq olasan! Yoxsa insanı yaralayıb buraxanda, o sonradan, çox qorxulu qisas ala bilər.

Birinci Mən. Bu dünyada elə bir məqsəd ola bilməz ki, ona çatmaq yolunda insana maneə kimi baxılsın.

İkinci Mən (ikrahla). Ziyalı cəfəngiyyatı! (Ona üz tutur.) Sən onda hər şeyi düz eləmişdin. Sənin bütün sonrakı həyatın da haqlı olduğunu göstərdi.

Üçüncü Mən (ona lap yaxın gəlir, pıçıltı ilə). O qızda doğrudan da, çox anlaşılmaz və çox da qorxulu nə isə bir cəhət var idi. Bu hiss məndə indiyəcən də qalır... (söz axtarır) elə bil hansısa bataqlığa düşmüsən, addımladıqca bir az da dərinə batmağa başlayırsan.


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin