O (ultimatumun mətnini götürüb oxumağa başlayır). Bu oxuyacağım ancaq mümkün variantlardan biridir: “İnqilabçı Bakı proletariatının və əməkçi Azərbaycan kəndlisinin iradəsini ifadə edən Müvəqqəti inqilab komitəsi, parlamentin və antixalq hökümətinin buraxılmasını, hakimiyyətin danışıqsız və bütünlüklə təhvil verilməsini tələb eləyir...”
Onun səsini eşidən Kolobina aktyorlardan ayrılıb Ona yaxınlaşır, Kolombinanın paltarı sanki Fransa inqilabının simvoludur.
O, Kolombinanın gəlişini görüb susur. Onun üç Mənləri qızın gəlişinə fərqli yanaşırlar: Üçüncü Mən—ehtiyatlanır, İkinci Mən—açıq-aşkar nifrətlə baxır və narahatdır , Uçüncü Mən—sevinc içindədir. O. Bu sənsən? Bizim ölkədə? (Təəəcüblə onun paltarına baxır.) Demək, düz deyirmişlər sənin aktrisa olmağını?
Kolombina (qəmli təbəssümlə). Necə ki, görürsən... Deyirlər evlənmisən...