O. Sənin həyata baxışların mənim doğrudan da xoşuma gəlmirdi. Yadına salsana.
Kolombina. Mənim baxışlarım sadəcə elə arzularımdan ibarət idi. Elə səninki kimi, həyata keçirilməkdən çox uzaq olan diləklər. Mənim də başıma sənin başına gələnlər gəldi, hansısa məqamda mən həyata baxışlarımın sadəlövhlüyünü, onların insanın gerçək imkanlarına sığmadığını anladım. Mən, belə demək olarsa, ayıldım.