İkinci Mən. Onun həyatını necə qurması öz şəxsi işidir. Ən elementar konspirasiya qaydalarına görə, ona ən əhəmiyyətsiz bir xəbər belə demək olmazdı.
Birinci Mən.Sənin həmişə elə mülahizələrin var ki, sən onlara əsaslanıb həyatının istənilən hissəsində öz duyğularının, təbiətinin əksinə olaraq yaşaya bilirsən. İllər keçir, sən isə yeri gələndə bütün lazımsız şeylərdən imtina eləyə bilirsən, normal insan öz ömrünü elə belə də qurmağa borcludur.
O. Mənim ömrümün mənası və mahiyyəti, mənim qulluq elədiyim məqsəddir. Bütün yerdə qalanlar məni ancaq o halda maraqlandıra bilər ki, mənim işimə nəsə bir maneçilikləri olsun.