|
|
səhifə | 4/59 | tarix | 04.01.2022 | ölçüsü | 310,52 Kb. | | #55533 |
| İkinci qonşu. Düzgün oyna.
Birinci qonşu (qondarma incikliklə). Yox, belə oynamaq olmaz! Ya gərək biz biri-birimizə etibar eləyək, ya da heç nə alınmayacaq.
İkinci qonşu. Sənə deyirəm, daşı qaytar beşinci oyuğa.
Birinci qonşu. Deməli, mən öz gözlərimə yox, sənə inanmalıyam, eləmi? Bəs düzlük harada qaldı?
İkinci qonşu (hədə-qorxu ilə). Yenə də başladın?
Birinci qonşu (bir az susur). Aşağı düşə bilməzsən?
İkinci qonşu (qətiyyətlə). Yox.
Birinci qonşu. Düşərdin bir on dəqiqəlik aşağı. Oyunumuzu qurtarardıq. Sonra yenə çıxardın öz balkonuna.
İkinci qonşu. Yox, düşə bilmərəm. Oyna.
Birinci qonşu. Mən artıq oynamışam.
İkinci qonşu (hədə gəlir). Sənə deyirəm, daşı qaytar beşinci oyuğa.
Birinci qonşu (qorxsa da, özünü o yerə qoymaq istəmir). Qaytarmıram. At zəri görək.
İkinci qonşu. Sən əvvəl-axır bu yaramazlığından əl çəkmirsən də.
Dostları ilə paylaş: |
|
|