Birinci Mən. Sən özünü aldadırsan! Üstündən vaxt keçəcək, sən buna görə vicdanın qarşısında özünü doğrulda bilməyəcəksən. (Bir az fasilədən sonra yavaş səslə.) Heç olmasa öz ananı xatırla. Üçüncü Mən diksinərək, qorxa-qorxa Ona baxır. O yavaşca Birinci Mənə yaxınlaşır, onu susdurmağa çalışır. İkinci Mən(quduz bir tərzdə Birinci mənə üz tutur). Sus görək!
Birinci Mən. Sən hətta ananın dəfninə belə getmədin...
O (özünü güclə saxlayır). Mən onun dəfninə necə gedə bilərdim?
İkinci Mən (Birinci Mənin üstünə qışqırır). Üsyan günü Həştərxandan qaçıb gedəydimi?! Arxasınca gələn yüz minlərlə insanı atıb qaçaydımı?! Başqa nə eləmək olardı?! Bu sənin axmaq düşüncələrindir!
Birinci Mən (Ona). Sənə bu dünyada doğma olan təkcə bir anan idi. Sən bunu heç vaxt özünə bağışlamayacaqsan.
Ana gəlir. Başdan ayağa ağ paltardadır; saçları köhnə dəblə daransa da, bu onun ziyalı görkəmini korlamır. O. Ana, mən heç cür gələ bilməzdim! İnan Mənə! Mən öz yoldaşlarımı atıb gələ bilməzdim!
Ana ona sevgi ilə və çox qüssəli nəzərlərlə baxır.