İkinci Mən (Ona). Görürsənmi, haralara gəlib çıxmısan, ay İnqilabçı! Gör şübhələrin sənə necə üstün gəlir!
O (cibindən revolverini çıxarır). Mən daha heç nə eşitmək istəmirəm. Çəkilin yolumdan.
Birinci Mən. Sən özün üçün bir sualın da cavabını tapmalısan.
İkinci Mən (Onun üstünə qışqırır). Heç bir yeni sual ola bilməz! Sən hökmən getməlisən!
O, revolveri Üçüncü Mənə tuşlayır. Üçüncü Mən kiçik addımlarla, yavaş-yavaş, hiss olunmadan kənara çəkilir. Birinci Mən.Sən özün üçün bu sualın cavabını tapmalısan: azadlıq qazanandan sonra Azərbaycan müstəqil olacaqmı? Yoxsa yenə elə əvvələrdə olduğu kimi, Rusiyanın ucqar bir əyələti olaraq qalacaqdır?
O. Rusiyanın tərkibinə daxil olan bütün xaqların hamısı üçün, ayrılıb özünün ayrıca müstəqil dövlətini yaratmaq hüququ tanınmalıdır.