Birinci qonşu (maraqla ona baxır). Daha nədən danışırdılar?
Arvad. Tezliklə bolşeviklər kələcək... Bu, ingilislərin xoşuna gəlmir. Axı onlara bizm neftimiz lazımdır.
Birinci qonşu. Bəs türklər?..
Birinci qonşunun kiçik qızı, atasının arxasından anasına nəsə işarə eləyir. Arvad. Bu dəfə türklərdən heç nə danışmadılar... (Qızının gizli işarəsini görür.) Bugün-sabah bizə elçilər gələcək.
Birinci qonşu (qızlarına üz tutur). Siz niyə burada dayanmısınız. Keçin evə.
Kiçik qız. Təmiz hava udmağa da qoymurlar.
Birinci qonşu.Yolda aldığın təmiz hava bəs eləmir? (Arvadına üz tutur.) Sən bunlarla bir az ciddi məşğul ol.
Arvad.Bundan da ciddi? Yazıqlar gün işığı da görmürlər.
Birinci qonşu. Elçilər barədə söz dəqiqidir yəni?
Arvad. Hə. Mən o dəqiqə başa düşdüm. Hamama beş nəfər birdən gəlmişdilər. Qoca nənələrini də sürüyüb gətirmişdilər ora. Mənimlə danışırdılar, yuyunurdular, ancaq gözlərini bizim qızlardan çəkmirdilər.
Birinci qonşu. (qızlarına sarı dönür). Keçin evə, utanmazlar.