“Rvarud Dövlət Təbiət Yasaqlığı"nın yaradılması haqqında Preambula Azərbaycan Respublikası ərazisindəxüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Lerik Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış təqdimatını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Bənd_1. Lerik rayonunun Çayrud bələdiyyəsinin mülkiyyətində olan və Rvarud kəndinin ərazisində yerləşən torpağından 510,0 hektar, Anzolu kəndinin ərazisində yerləşən torpağından 315,0 hektar, habelə Veri bələdiyyəsinin mülkiyyətində olan və Veri kəndinin ərazisində yerləşən torpağından 508,0 hektar olmaqla, cəmi 1333,0 hektar sahədə Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılsın. Bənd_2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. İmza Azərbaycan RespublikasınınBaş naziri A.Rasi-zadə