S ə r b ə s t I Ş İxtisas: Regionşünaslıq Fənn: Siyasi tarix Kurs: I müəllim: Abbasova Aysel



Yüklə 42,04 Kb.
səhifə2/2
tarix28.11.2022
ölçüsü42,04 Kb.
#120053
1   2
Zamanov Şəhriyar - Siyasi tarix

Fikirləri
Russo ictimai müqavilə nəzəriyyəsini parlaq şəkildə populyarlaşdırmış və eyni zamanda ona bir sıra xüsusi cizgilər əlavə etmişdir. Russo bütün insanların bərabərliyini tanımayan və insanı anadangəlmə xudbin və qüsurlu varlıq hesab edən Aristotel və Hobbsu kəskin tənqid edirdi. Russo bildirirdi ki,:"Insan azad doğulur, lakin hər yerdə zəncirlənmişdir. Bu vəziyyətin səbəbi ədalətsiz ictimai quruluşda, konkret olaraq isə feodal qaydalarında və insanları bir-birinə düşmən etmiş xüsusi mülkiyyətdədir. Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmaq üçün insanlar arasında tarixəqədərki harmonik münasibətlərə qayıtmaq lazımdır."
Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayırlar. İctimai müqavilənin bağlanması nəticəsində vahid ictimai və mənəvi orqanizm — Dövlət meydana gəlir. Russoya görə, Suveren — xalqdır, onun iradəsi mütləqdir və dəyişikliyə məruz qala bilməz. Russo insanın fərdi təbiətindən başlayaraq sonda ictimai, kollektiv başlanğıcın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır.
Beləliklə, Russonun nəzəriyyəsi bəşəriyyətin tarixində ən totalitar doktrinalardan birini təmsil edir. Russonun mütləq ümumi iradə haqqında tezisi sonralar Hegel, Marks və Leninin siyasi doktrinalarına ciddi təsir göstərmişdir. Russo bildirir ki,:"Cəmiyyətin bütün üzvlərinin razılığı ilə yaradılan və ümumi iradəni ifadə edən ali hakimiyyət insanların maraqlarına zidd ola bilməz, ona görə də hakimiyyətə cəmiyyət tərəfindən nəzarət edilməsindən heç söhbət də gedə bilməz." Russonun ümumi iradə haqqında nəzəriyyəsi Fransa və Rusiya inqilablarının birpartiyalı diktaturası və qanlı terrorunun ideoloji əsasına çevrildi.
Russo yazırdı ki,: "Əgər kimsə ümumi iradəyə tabe olmaqdan imtina edərsə, bütün orqanizm tərəfindən o buna məcbur ediləcəkdir.Bu, yalnız o deməkdir ki, onu zorla azad edəcəklər." O, təbii hüquq, təbii tərbiyə və təbii din nəzəriyyələrini irəli sürmüşdür. J.J.Russo uşağın yaş dövrlərini aşağıdakı kimi müəyyənləşdirmişdir:

  1. Anadan olandan 2 yaşa qədər olan dövr. Bu fiziki inkişaf mərhələsi adlanır;

  2. 2 yaşdan 12 yaşa qədər olan dövr. Bu əqli yuxu mərhələsidr;

  3. 12 yaşdan 15 yaşa qədər olan dövr . Bu, əqlin inkişafı,təlim mərhələsidir;

  4. 15 yaşdan 18 yaşa qədər olan dövr. Bu Russonun adlandırdığı “Fırtına və qasırğa” dövrüdür ki, əxlaq tərbiyəsinin inkişafı ilə səciyyələnir.

J.J. Russonun yaş dövrləri haqqında fikirləri onun tərbiyədə təbitəmüvafiqlik baxışlarından irəli gəlmişdir.


İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

  2. ↑ Jump up to:1 2 Jean-Jacques Rousseau // Internet Speculative Fiction Database (ing.). 1995.

  3. ↑ Jump up to:1 2 Jean Jacques Rousseau // Babelio (fr.). 2007.

  4. ↑ Jump up to:1 2 Archivio Storico Ricordi. 1808.

  5. https://portal.azertag.az/az/node/20984

Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin