Sabah” MƏRKƏZİ “AZƏrbaycan iQTİsadiyyati” FƏNNİ



Yüklə 66,16 Kb.
tarix20.05.2018
ölçüsü66,16 Kb.
#50939




Təsdiq edirəm

UNEC SABAH Qruplarının Rəhbəri

dos. Quliyeva A.A.

_____________________________
15.09. 2016


AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

SABAH” MƏRKƏZİ



AZƏRBAYCAN İQTİSADİYYATI” FƏNNİ

İŞÇİ TƏDRİS PROQRAMI

(SİLLABUS)


Fənnin Adı

Kodu

Semestr

Nəzəriyyə
(saat/həftə)

Təcrübə/Labaratoriya
(saat/həftə)

Milli Krediti

AKTS

Azərbaycan iqtisadiyyatı

-

Payız

2

2

-

-




Prerekvizitlər

Mikroiqtisadiyyat, Makroiqtisadiyyat




Fənnin dili

Azərbaycan dili

Fənnin növü

Məcburi

Fənnin səviyyəsi

Bakalavr

Fənnin koordinatoru

Elşən BAĞIRZADƏ, iqtisad üzrə fəlsəfə doktoru

Fənni tədris edən

Elşən BAĞIRZADƏ, iqtisad üzrə fəlsəfə doktoru

Fənnin məqsədi

Bu fənnin məqsədi gələcəyin iqtisadçı-menecerlərinə müasir Azərbaycan iqtisadiyyatının formalaşması, strukturu və inkişaf xüsusiyyətləri haqqında təməl biliklər verməkdir.

Fənnin öyrənilməsinin nəticələri

Bu fənni uğurla tamamlayan tələbələr sonda aşağıdakı bacarıqlara yiyələnəcəklər:

  • Müasir Azərbaycan iqtisadiyyatının formalaşmasının əsas mərhələlərini fərqləndirə bilmək və hər bir mərhələnin əsas xüsusiyyətlərini şərh etmək;

  • Azərbaycan iqtisadiyyatının makroiqtisadi parametrlər üzrə inkişaf xüsusiyyətlərini şərh etmək və bu parametrlərin formalaşmasına təsir edən amilləri üzə çıxarmaq;

  • Azərbaycan iqtisadiyyatının sektorlar – sənaye, kənd təsərrüfatı və xidmətlər - üzrə təhlilini aparmaq, onların potensialını və inkişaf xüsusiyyətlərini şərh etmək;

  • Ölkə iqtisadiyyatının iqtisadi regionlar üzrə potensialını, ixtisaslaşmasını və inkişaf xüsusiyyətlərini təhlil etmək;

  • Azərbaycanın malik olduğu enerji ehtiyatları və onların əhəmiyyətini qiymətləndirmək və həmin ehtiyatlardan istifadənin mövcud vəziyyətini şərh etmək;

  • Azərbaycan hökumətinin iqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərini və reallaşdırma vasitələrini izah etmək;

  • Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesində beynəlxalq iqtisadi təşkilatlar və regional iqtisadi inteqrasiya qurumları ilə münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini şərh etmək;

  • Ölkənin xarici iqtisadi əlaqələrinin inkişaf xüsusiyyətlərini izah etmək və onların struktur təhlilini aparmaq;

  • Beynəlxalq qurumların hesabatları əsasında Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və meyllərini şərh etmək və onun dünya iqtisadiyyatındakı yeri və rolunu müəyyən emtək;

  • Azərbaycan iqtisadiyyatının inkişaf perspektivlərini təhlil etmək.




HƏFTƏLİK DƏRS PLANI

Həftə

Mövzular

İlkin Hazırlıq

1

Müasir Azərbaycan iqtisadiyyatının formalaşmasının əsas mərhələləri

Tələbələrin hər dərsə gəlmədən öncə

fənnin müvafiq resurslarından həmin dərsin mövzusu ilə qısa tanış olmaları zəruridir.



2

Azərbaycan iqtisadiyyatının makroiqtisadi təhlili

-

3

Azərbaycan iqtisadiyyatının sektorlar üzrə təhlili

-

4

Azərbaycan iqtisadiyyatının regional təhlili

-

5-6

Azərbaycanın enerji ehtiyatları və onlardan istifadənin mövcud vəziyyəti

-

7-8

Azərbaycan hökumətinin iqtisadi siyasətinin əsas xüsusiyyətləri

-

9-10

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi

-

11-12

Azərbaycanın xarici iqtisadi əlaqələrinin təhlili

-

13-14

Azərbaycan iqtisadiyyatı beynəlxalq hesabatlarda

-

15

Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri

-




FƏNNİN RESURSLARI
  1. Müəllimin mühazirə qeydləri (bax: http://elsenbagirzade.wordpress.com )

  2. Adalet Muradov, Elşen Bağırzade E. (2015)., “Dünden Bugüne Azerbaycan-Türkiye Ekonomik İlişkileri”, Global-Turk, No.3-4, s.58-75

  3. Aras O. N., Süleymanov E. (2016), “Azərbaycan iqtisadiyyatı”, Bakı: Şərq-Qərb.

  4. Aras O. N., Suleymanov E., Mammadov K. (2016). Economy of Azerbaijan. Baku: Sharg-Garb.

  5. Bağırzade E. (2011), “Bağımsızlığının XX. Yılında Azerbaycan Cumhuriyeti Ekonomisi”, Hacettepe Üniversitesi Türkiyat Araştırmaları Dergisi, Güz (15), s. 277-312. (bax: http://elsenbagirzade.files.wordpress.com/2011/03/bagimsizliginin-20-yilinda.pdf )

  6. Azerbaijan.az”: iqtisadiyyat (bax: http://azerbaijan.az/portal/Economy/General/general_a.html )

  7. Hacızadə E., Bağırzadə E. (2011), “Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi”, Bakı: Elm. (bax: http://www.anl.az/el/h/Azf-265977.pdf )

  8. Azərbaycan Respublikası Prezidentinin internet səhfəsi (bax: http://www.president.az/ )

  9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin internet səhfəsi (bax: http://www.cabmin.gov.az/ )

  10. Azərbaycan Respublikası nazirlik və komitələrinin internet səhfələri: (bax: http://www.cabmin.gov.az/?/az/content/126/ )

  11. Azərbaycanın statistik göstəriciləri (bax: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/ )

  12. Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyası (bax: http://www.president.az/files/future_az.pdf)

  13. CIA The World Factbook: Azerbaijan (bax: https://www.cia.gov/library/publications/the-world-factbook/geos/aj.html )

  14. T.C. Bakü Büyükelçiliği Ticaret Müşavirliği (2014), “Azerbaycan’ın Genel Ekonomik Durumu ve Türkiye ile Ekonomik-Ticari İlişkileri”, Bakü, (bax: http://www.musavirlikler.gov.tr/upload/AZER/AZERBAYCAN%20RAPOR%202013.pdf)

  15. Bağırzade E. (2014), “Azerbaycan-Türkiye Ortak Ekonomik Projeleri ve Bölgesel Yansımaları”, “EkoAvrasya” Ekonomik ve Stratejik Araştırmalar Dergisi, 2014/2, s. 4-18. (bax: http://ekoavrasya.net/dergi/dergi-26/sayi26.pdf )

  16. Azərbaycan iqtisadiyyatı” (bax: http://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_iqtisadiyyat%C4%B1 )

  17. BMT-nin internet səhfəsi (bax: www.un.org )

  18. Dünya Bankının internet səhfəsi (bax: www.worldbank.org)

  19. Beynəlxalq Valyuta Fondunun internet səhfəsi (bax: www.imf.org)

  20. Dünya İqtisadi Forumunun internet səhfəsi (bax: www.weforum.org)





QİYMƏTLƏNDİRMƏ SİSTEMİ

Fəaliyyətlər

Say

Balı

Dərsə davamiyyət

30

10

Kollokvium

2

20

Seminar

15

10

Prezentasiya

1

10

Yekun İmtahan

1

50

Cəmi

3

100




FƏNNİ TƏDRİS EDƏNİN ƏLAQƏ VASİTƏLƏRİ

Telefon

(+99450) 374 41 33


Elektron

e.bagirzade@gmail.com

http://elsenbagirzade.wordpress.com

www.facebook.com/ekoelsen/


Yüklə 66,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin