ƏDƏBİYYAT SİYAHISI........................................................................................55
GİRİŞ
Mövzunun aktuallığı. İqtisadiyyatın normal fəaliyyət göstərməsi,iqtisadi inkişafa nail olunması üçün dövlətlər müxtəlif tədbirlər həyata keçirirlər.Dövlətin həyata keçirdiyi bu tədbirlərdə vergi siyasəti mühüm yer tutur.Vergilər dövlət maliyyəsinin əsasını təşkil etməklə fiskal siyasətin əsas alətlərindəndir.Vergilər dövlət büdcəsinin təmin olunması ilə yanaşı,eyni zamanda iqtisadiyyatın tənzimlənməsində də müstəsna əhəmiyyətə malikdir.Büdcə gəlirlərinin formalaşmasında xüsusi paya malik olan dolayı vergilər,eyni zamanda iqtisadiyyatın tənzimlənməsində xüsusi əhəmiyyətə malikdir.
Müasir dövrdə dolayı vergilər iqtisadiyyatın tənzimlənməsi,fiskal siyasətin həyata keçirilməsi baxımından ən aktual mövzulardan biridir.Eyni zamanda dolayı vergilər sadəcə iqtisadiyyatın tənzimlənməsinə deyil,əhalinin sosial-iqtisadi vəziyyətinə təsir etmə gücünə görə də aktual məsələlərdən hesab olunur.Xarici ölkələrin təcrübəsinə diqqət yetirsək onların da vergi siyasətində dolayı vergilərin payının artırılması istiqamətində tədbirlər həyata keçirdiyini müşahidə edərik.Bu da onun aktuallığını təsdiq edən faktlardan biridir.
Müasir dövrün əsas problemlərindən biri də vergidən yayınma hallarının aradan qaldırılmasıdır.Dolayı vergilərdə vergidən yayınma hallarına daha az rast gəlinməsi bu vergilərin tədqiqinin genişlənməsinə,tətbiqi xüsusiyyətlərinin araşdırılmasına və dünya təcrübəsində də istifadəsinin təkmilləşdirilməsinə səbəb olmuşdur.
Zaman keçdikcə vergilərin, o cümlədən dolayı vergilərin həm iqtisadiyyatda,həm cəmiyyətin həyat səviyyəsində rolunun artması bu mövzunun aktuallığını qoruyub saxlayır.
Dostları ilə paylaş: |