Tədqiqatın obyekti. Tədqiqatın obyekti iqtisadiyyatın tənzimlənməsində dolayı vergilərin tətbiqi xüsusiyyətlərinin araşdırılması və onların təkmilləşdirilməsi mexanizmləridir.
Tədqiqatın nəzəri əsasları. Dolayı vergilər və onların iqtisadiyyatın tənzimlənməsində rolu bir qrup iqtisadçılar tərəfindən araşdırılmışdır. Bunlara misal olaraq A.Smit,D.Rikardo,Menkyu,M.V.Romanovski və başqalarını misal göstərə bilərik.
Tədqiqatın elmi-təcrübi əhəmiyyəti.Bu tədqiqatda dolayı vergilər və onların tətbiqi xüsusiyyətləri həm Azərbaycan,həm də Nigeriya və Almaniya təcrübəsində araşdırılmış və onların iqtisadiyyatda rolu analiz edilmişdir. Dolayı vergilər sahəsində dərin tədqiqat işinin olmadığını nəzərə alaraq araşdırmamın yeni məqalələrdə və elmi işlərdə yararlı olacağını düşünürəm.