Sabah məRKƏZİ “vergi Sİstemi, onun priNSİPLƏRİ, modelləRİ



Yüklə 397,36 Kb.
səhifə2/8
tarix10.01.2022
ölçüsü397,36 Kb.
#109261
1   2   3   4   5   6   7   8

MÜNDƏRİCAT



GİRİŞ

Mövzunun aktuallığı. Az və ya çox dərəcədə mahiyyəti hər kəs tərəfindən bilinən bəzi anlayışlar vardır. İqtisadiyyatın formalaşdırılması və onun fəaliyyətinin təşkilində önəmli yeri olan vergi də məhz belə anlayışlardandır. Çünki vergilər bu və ya digər dərəcədə hər kəsə təsir edir.

Dövlətlər üçün isə bu daha böyük məna ifadə edir. Belə ki, vergilərin əhəmiyyəti büdcənin vəsaitə olan ehtiyacının təmin olunması, xərclərin maliyyələşdirilməsindən, iqtisadiyyatın tənzimlənməsi, gəlirlərin bölgüsü və ədalətin təmin olunmasına kimi bir çox funksiya daşıması ilə xarakterizə olunur. Bunu təmin etmək isə ölkələr üçün olduqca vacib məsələdir. Məhz buna görə də yaxşı təşkil olunmuş vergi sistemi zəruridir. Ölkədəki ümumi vəziyyətə birbaşa təsir etməsi vergi sisteminin araşdırılması, təkmilləşdirilməsi məsələsinin daim aktual olmasına səbəb olur. Ötən il həm ölkəmizdə, həm də bir çox xarici ölkədə bu sahədə islahatların keçirilməsi məsələnin günümüzdə də aktual olaraq qaldığını bir daha sübuta yetirir.

Məsələ burasındadır ki, nə qədər çalışılsa da hələ ki, heç bir ölkədə hərtərəfli vergi sisteminin təşkilinə nail olunmamışdır. Araşdırma nəticəsində inkişaf etmiş ölkələrin bir çoxunda bu sahədə kifayət qədər yol qət edildiyi görünür. Lakin hələ də istər vergilərin ödənilməsi, istər nəzarət tədbirlərində müəyyən boşluqlar vardır. Bu səbəbdəndir ki, az və ya çox dərəcədə hər il bütün ölkələrdə vergidən yayınma hallarına görə pul itirilir.

Vergi sistemində, nəzarətin təşkilində boşluqların, çatışmazlıqların olması vergi ödəyicilərində çaşqınlıq yaratmaqla yanaşı bir sıra neqativ hallara yol açır. Belə ki, bəzi vergi ödəyiciləri bu boşluqlardan öz xeyrinə istifadə edərək daha az vergi ödəyib, vergidən yayınmaqla həm büdcə gəlirlərinin azalmasına, həm də haqsız rəqabətin, ədalətsizliyin yaranmasına səbəb olurlar. Bu kimi hallar müxtəlif səviyyələrdə olsa da bütün ölkələrdə müşayidə olunur. Bu səbəbdən də qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasına yardımcı olan, ümumi iqtisadi siyasəti dəsdəkləyən vergi sisteminin təşkili üçün araşdırmaların aparılması, bu sahədə mütəmadi olaraq təkmilləşdirilmə işlərinin görülməsi zərurəti mövzunun aktual olaraq qalmasına səbəb olmaqdadır.


Yüklə 397,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin