Vergi sistemlərinin əsaslandığı prinsiplər nəzərdən keçirilərək, hansıların daha üstün mövqeyə malik olduğunun ölkəmiz və xarici təcrübə əsasında öyrənilməsi;
Mükəmməl vergi sisteminin formalaşdırılmasının mümkünlük dərəcəsinin araşdırılması;
Ölkəmiz və xarici dövlətlərin vergi sistemlərinin xarakterik xüsusiyyətlərinin tədqiqi.
Tədqiqatın obyektivergilərin ümumi iqtisadi sistemdə, iqtisadiyyatın formalaşdırılması, tənzimlənməsində sahib olduğu rolunun müəyyənləşdirilməsindən ibarətdir.
Tədqiqatın nəzəri əsasları. Vergilər, onun mahiyyəti, dövlət üçün əhəmiyyəti ilə əlaqədar fikirlər qədim dövrdən yaranmağa başlamışdır. Bunlar arasında A.Simit, C.B.Sey, M.Keyns, M.Fridman kimi dəyərli iqtisad nümayəndələri vardır hansı ki, öz əsərləri ilə bu sahədə əvəzsiz tövhələr vermişlər. Həmçinin Əbu Yusifin “Kitab əl-xərac”, görkəmli mütəfəkkir N.Tusinin “Maliyyə haqqında tədqiqat” adlı əsərləri bu sahədə xüsusi yerə sahibdir.