Sabah qruplari


Dövlətin aqrar siyasəti və onun reallaşdırılması mexanizmləri



Yüklə 238,1 Kb.
səhifə3/9
tarix01.01.2022
ölçüsü238,1 Kb.
#102961
1   2   3   4   5   6   7   8   9
Dövlətin aqrar siyasəti və onun reallaşdırılması mexanizmləri

1980-cı illərin sonlarından etibarən SSSR-də baş verən sosial-iqtisadi geriləmə onun tərkibində olan respublikalara da öz təsirini göstərmişdir.Beləki 1980-cı illərin sonlarından etibarən Azərbaycan SSR-də Aqrar sektorun inkişafında ümumi temp 1-2 % azalmışdır ki,bu da birbaşa Azərbaycanın ərzaq təhlükəsizliyini təhlükə altına atmışdır.Bu dövrdə ümumi cənubi Qafqazda baş verən dəyişikliklər Azərbaycanada təsirsiz ötüşməmişdir.Azərbaycan SSSR-dən müstəqillik əldə etdikdən sonra ərzaq təhlükəsizliyini həll etmək üçün yeni aqrar siyasət hazırlamışdır.1988 –dən ermənilərin Dağlıq Qarabağa hücum etməsi ölkənin digər sahələrinə olduğu kimi aqrar sektora da ciddi ziyan vurmuşdur və 1995-ci ilə qədər ölkənin aqrar sektoru ciddi deformasiyaya uğramış,nəticədə ciddi ərzaq qıtlığı yaranmışdır.Müstəqilliyin ilk illərində 1992-1996 cı illərdə aqrar sektorun inkişafı üçün bir sıra qanun layihələri işlənib hazırlanmış və hüquqi-normativ aktlar qəbul olunmuşdur. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (1991),” “Kəndli-fermer təsərüffatları haqqında”(1994), “Müəssisələr haqqında qanun”(1999)” “İcarə haqqında”(1992) və.s qəbul edilmiş bu tipli qərar və qanunlar ölkənin aqrar siyasətini müəyyənləşdirmiş və onun prinsip və metodlarını formalaşdırmışdır.

Kənd təsərüffatının davamlı inkişafını təmin etmək,istehsalın ümumi səmərəliliyini yüksəltmək,ərzaq məhsullarının keyfiyyətini və kəmiyyətini yüksəltmək və kənd yerlərində işsizliyi azaltmaqla sosial vəziyyəti yaxşılaşdırmaq üçün dövlət aqrar islahatlar həyata keçirir və bu islahatlar aqrar siyasətin əsas elementini təşkil edir.Bundan əlavə bu islahatların əsas məqsədlərindən biridə kənd əhalisi üçün iş yerləri yaratmaqdır ki,bunun üçündə dövlət azad sahibkarlığın inkişafl üçün güclü hüquqi baza yaratmışdır.Aqrar siyasətin tətbiq edilməsinin əsas mexanizmi olan “Aqrar islahatların” özünəməxsus prinsipləri vardır.



    1. Sahibkarlığın və təsərrüfatçılıq üçün sərbəst mühitin yaradılması.

Bu o deməkdir ki,hər bir hüquqi şəxs sahibkarlığın özünə uyğun forması ilə məşğul ola bilər və dövlət onun fəaliyyətində ona dəstək olmağa hər zaman hazırdır.

1.2.Yenidənqurmanın aparılmasında könüllülük.

Müvafiq dövlət orqanları islahatları yuxarıların əmrinə görə yox lazımı vaxta planlı şəkildə və könüllü həyata keçirməlidirlər.

1.3.Yenidənqurma islahatlarının ardıcıllığı.

ASK-nin yenidən qurulması zamanı təkcə ümumi hüquqi bazanı dəyişdirmək yox daxili strukturun da dəyişilməsinə diqqət yetirmək lazımdır.Bundan əlavə yenidənqurma zamanı hər bir regionun öz daxili xüsusiyyətləri nəzərə alınmalıdır.

1.4.Kəndlinin sahibkara çevrilməsi

Əmlakın və torpağın istifadəsi zamanı bu elementlərin istifadəsi müvafiq təsərrüfatçılıq sahəsinə yönəlməlidir

1.5.Aqrar islahatların aşkarlığı üçün geniş təbliğat işinin aparılması

Dövlət aqrar siyasətini ölkənin hər bir regionunda təbliğ etməli, ümumi vahid mərkəzdən idarə etməli və hər kəsin başa düşəcəyi bir dildə anlatmalıdır.

Dövlətin aqrar siyasətinin reallaşdırması mexanizmlərindən biridə azad sahibkarlıq üçün şəraitin yaradılmasıdır.Bunun üçün dövlət aqrar siyasətə müdaxiləni azaldır və daha çox qiymət və digər məsələlərin həllini sahibkarların öz seçiminə buraxır.Əlbəttə azad sahibkarlıq o demək deyil ki, dövlət tamamilə geri çəkilir.Dövlət lazım olduqda əsasən iqtisadi böhranlar zamanı iqtisadiyyata müəyyən həddə qədər müdaxilə edir ki, nəticədə iqtisadiyyat öz əvvəlki vəziyyətinə qayıdır.



  1. Dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsi

Vətəndaşlar tərəfindən yaradılmış müxtəlif təşkilatlar bu müəssisələri özəlləşdirə bilər.Özəlləşdirmə azad rəqabətli sahibkarlıq ödənişsiz və ya güzəştli əsaslarla həyata keçirilə bilər.Azad sahibkarlıq və özəlləşdirmə zamanı müəssisənin yenidən təşkili müxtəlif formalarda həyata keçirilir.

    1. Müəssisənin ümumi bazasını zahid tam şəkildə saxlamaqla müəssisənin tə.kilati-hüquqi formasının dəyişdirilməsi

    2. Fəaliyyətini genişləndirən müəssisənin daxilində bir neçə yenilərini ayırmaq və ya yenidən tə.kil etmək

    3. Müstəqil fəaliyyət göstərə bilməyən müəssisələrin birləşdirilməsi və.s.

Ölkələr arasında ticarət və iqtisadi əlaqələrinin dərinləşməsi və istehlak bazarında sağlam rəqabətin gücləndirilməsi, dövlətlər arasında olan ticarət dövriyyəsinin daha da stimullaşdırılması və s. kimi faktorlara əsaslanaraq əksər dövlətlər iqtisadiyyatının qloballaşdırılmasını və dünya bazarında öz məhsulları ilə təmsil olunmasını sosial-iqtisadi problemlərin həll olunmasında əsas variant kimi nəzərdə tuturlar. Bu şərtlər daxilində istehsalçılar maddi və texniki stuasiyadan asılı olmayaraq ümumi bazarda bərəbər hüquqlarla təmsil olunmalı, əsas tənzimləyici rol kimi isə rəqabət çıxış etməlidir

Kənd təsərrüfatının davamlı və dayanıqlı inkişafının təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyi üçün etibarlı əsasların yaradılması, həmçinin milli istehsalçıların dünya bazarlarında güclü rəqabətə tab gətirməsi üçün dövlətin müasir aqrar siyasəti aqrar sektorun regional və qlobal bazarda rəqabətqabiliyyətli olmasına möhkəm baza yaratmalıdır. Dünya iqtisadiyyatında baş verən qloballaşmaya və istehlak bazarının strukturundakı dəyişmə dinamikasına uyğunlaşmaq üçün aqrar sahədə həm hüquqi-normativ bazanın, həm də istehsal münasibətlərinin beynəlxalq tələb və normalara uyğunlaşdırılması, beləliklə də milli istehsalın rəqabətə davamlı olmasının təmin edilməsi dövlətin aqrar siyasətin əsas hədəfi olmalıdır. Qarşıya qoyulan bu məqsədə çatmaq üçün dövlət müxtəlif istiqamətli mexanizmlərdən istifadə edirki,bu mexanizmlər ölkənin birbaşa aqrar sahədə inkişafına gətirib çıxarır.Aşağıda göstərilən bəzi mexanizm və üsullar vasitəsi ilə ölkədə aqrar iqtisadiyyatı kifayət qədər inkişaf elətdirib inkişaf etmiş ölkələrin aqrar iqtisadiyyatı səviyyəsinə qaldırmaq olar.



  • Kənd təsərrüfatı üzrə milli qanunvericilik bazasının təkminləşdirilməsi

  • Elmi tədqiqatların dəstəklənməsi;

  • Ərzaq təhlükəsizliyi;

  • Qida təhlükəsizliyi (sağlamlığı) tədbirləri;

  • Su və torpaq resurslarından səmərəli və effektiv istifadə və onların mühafizə edilməsi;

  • Kənd təsrrüfatı məhsullarının ixrac potensialının artırılması.

  • İdxaldan asılılığın azaldılması;

  • Müasir kənd urbanizasiyanın azaldılması;

  • Kənd təsrrüfatı məhsullarının ixrac potensialının artırılması.

Kənd təsərrüfatı siyasətinin bütün sadaladığım punktların hamısı olduqca vacibdir və ciddi tədbirlər sisteminin hazırlanıb planlı və ardıcıl olaraq reallaşdırılmasını tələb edir.Bu komponentlərin hər birinin ayrı-ayrılıqda inkişafı və xüsusi diqqətin ayrılması ölkənin aqrar sektorunun birbaşa inkişafı ilə nəticələnir

Yuxarıda göstərdiyim kimi, müasir istehsal və iqtisadi münasibətlər təsərrüfatçılıq subyektlərinin rəqabətqabiliyyətli olması ilə birbaşa əlaqəlidir. Xüsusilədə , kənd təsərrüfatı və ərzaq məhsullarına illər keçdikcə artan tələblər istehlakçı bazarlarında rəqabəti daha dainkişaf etdirmişdir və bu amillərin sübut edirki, istehsalçılar müasir texnologiyalardan və standartlardan lazımi qaydada istifadə etməli, beynəlxalq qayda və normaların şərtlərinə uyğun məhsul istehsal etməyə həmişə tam gücü ilə çalışmalıdırlar.Yalnız müasir elmi nailiyyətlərin tətbiqi və yeni tələblərə cavab verən texniki normalara uyğun istehsal sahələrinin yaradılması və inkişafı qloballaşan dünya iqtisadiyyatında rəqabətədavamlı məhsulların istehsalına imkan verəcək. Bununla da ümumi istehlakçı bazarında özünəməxsus yer almağa köməklik göstərəcəkdir və ümumi aqrar sektorun inkişafı reallaşacaqdır

Azərbaycan Respublikasının təbii-coğrafi mövqeyi və iqlim şəraiti imkan verirki istehsalçılar dünya bazarına kifayət qədər geniş həcmdə və keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları çıxara bilsin.Qeyd etdiyim kimi Azərbaycanda 11 iqlim qurşağından 9-u yerləşir və bu qədər rəngarəng iqlimə malik məkanda müxtəlif çeşiddə məhsullar istehsal etmək olar.Amma iqlim şəraitinin əlverişli olması və beynəlxalq yolların qovşağında yerləşməsi çox önəmli rol oynasa da digər mühüm və nəzərə alınacaq amillərdə vardır.Ölkədə ümumi hüquqi qanunverici aktlar qanun və nizamnamələrə əməl etməklə tam hüquqi qanunauyğun kənd təsəsrrüfatı məhsulları istehsal etmək olar.Bütün bu məsələlrin həlli regional miqyasda məhsul istehsal etməklə yox ümumidünya bazarında rəqabətədavamlı kənd təsərüffatı məhsulları istehsal etməyə istiqamətləndirilməlidir. Azərbaycan respublikası aqrar sektor qanunvericiliyini ona görə beynəlxalq bazarların qanunvericiliyinə uyğunlaşdırmalıdır ki gələcəkdə öz məhsulları il dünya bazarında təmsil oluna bilsin və bütün Azərbaycanda həm işçi qüvvəsini həm də texnika və texnologiyanı hərəkətə gətirə bilsin.

Bölgələrdə olduğu kimi qlobal iqtisadiyyatda da son inkişaflar, neft gəlirlərindəki kəskin yavaşlama və mürəkkəb xarici iqtisadi əlaqələr də ölkənin makroiqtisadi və maliyyə sabitliyinə təsir etmişdir. Dünyadakı proseslərin yaratdığı yeni trendlərə uyğunlaşmağı təmin etmək və mövcud qlobal iqtisadi böhranın ölkəmiz üzərindəki təsirlərini azaltmaq, qısa, orta və uzun müddətli ictimai və iqtisadi inkişaf dövrlərini əlaqələndirilmək və qarşılıqlı əlaqələri davam etdirmək surətiylə, iqtisadi islahatların əsas strateji hədəfləri istiqamətində bir sıra sistematik tətbiq olunaraq, keyfiyyət olaraq yeni bir inkişaf modelini yaratmaq və inkişaf etdirmək əsas prioritetlərdən biridir. Bu məzmunda, Azərbaycan Respublikasının Prezidenti, iqtisadiyyatın mövcud vəziyyətini analiz etmək və ölkədə tətbiq olunan iqtisadi siyasət və islahatların planlı bir şəkildə yerinə yetirilməsini və davamlılığın təmin edilməsi üçün yeni və uzun müddətli bir iqtisadi inkişaf strategiyası inkişaf etdirmək üzrə 16 Mart 2016-ci il tarixli 1897 saylı əmri imzaladı. "Milli iqtisadiyyat və iqtisadiyyatın kilid sektorları üçün strateji yol xəritəsinin ana istiqamətləri" təsdiq edilmiş və bu sahələrə uyğun olaraq inkişaf planlarının inkişaf etdirilməsini təmin etmək üçün uyğun bir iş qrupu yaradılmışdır.



Qeyd etdiyimiz kimi strateji yol xəritəsi 2016-2020-ci illəri əhatə edir və əsas məqsədi regionlarda qeyri-neft sektorunu inkişaf etdirmək və işsizliyi minimuma çatdırmaqdır.Ölkə ərazisində aqrar sektorun inkişafı üçün 9 strateji hədəf müəyyən edilmişdir ki,bu uzunmüddətli hədəflərə çatmaqla ölkənin aqrar sektorunu inkişaf etdirmək olar. Bu strateji hədəflər aşağıdakılardır

  1. Ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi:Ərzaq təhlükəsizliyinin davamlılığı və əhalinin ərzağa əlyetərliyi ilə əlaqədar monitorinq sisteminin qurulması vacibdir.Əhalinin bütün təbəqələrinin ərzaqla tam təmin olunması üçün qida zəncirinin planı və hərtərəfli şəkildə formalaşdırılmaq lazımdır.

  2. Kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması;Həm daxili həm xarici bazarlarda yüksək keyfiyyətli kənd təsərüffatı məhsulları ilə təmsil olunmaq üçün kompleks layihələrin həyata keçirmək və aqrobines sektorunun inkişafına dəstəyi artırmaq lazımdır.

  3. Maliyyəyə çıxışın asanlaşdırılması;Kənd təsərüffatına investisiyaların artırılmasının təşviq etmək və siğorta işinin təkminləşdirilməsini nəzərdə tutur.

  4. Kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması; Kənd təsərüffatına yararlı torpaq sahələrinin artırılması və gübrələmə işlərinin yaxşılaşdırılması üçün xarici təcrübədən istifadə etmək və kənd təsərüffatını lazımi texnika və texnologiyalarla təmin etmək aqrar siyasətin başlıca istiqamətlərindəndir.

  5. Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi;Kənd təsərrüfatının inkişafı üçün elmi mərrkəzlərin yaradılması və elmi-təcrübə işlərinin artırılması üçün yeni işlərin görülməsi nəzərdə tutulur.Hal-hazırda Aqrobiznes sahəsində məslətçi tipli yeni şirkətlər yaranmağa başlamışdır ki onlarında əsas məqsədi Avropa təcrübəsini Azərbaycana gətirmək və əkindən əvvəl və sonra fermerlərə lazımi məsləhətlər verməkdir.

  6. Kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması;Hazırda Azərbaycan Respublikasının Aqrar siyasətinin əsas məqsədlərindən biri də ölkə ərazisində istehsal olunmuş kənd təsərrüfatı məhsullarının reallaşdırılması üçün bazar infrastrukturunun təkminləşdirilməsidir.Bunun üçün yarmarkaların təşkili alıcıların tapılması və vergidən azad etmək əsas tədbirlər sistemi kimi müəyyənləşdirilmişdir.

  7. Ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunması; İqlim dəyişmələrinin kənd təsərrüfatı məhsullarına təsirinin azaldılması və ekoloji cəhətdən daha səmərəli məhsulların istehsal olunması

  8. Aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi; Elektron kənd təsərrüfatı məhsullarının satış portalının yaradılması fermerlərin işini asanlaşdıracaq və azad rəqabətli mühitin formalaşmasına gətirib çıxaracaq.

  9. Kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi

Kənd yerlərində sosial-iqtisadi və aqrar inkişaf siyasəti üzrə potensialının gücləndirilməsi və alternativ fəaliyyət sahələrinin inkişafının dəstəklənməsi, yerli icmaların kəndin inkişafına dair təşəbbüslərinin dəstəklərin nümayiş etdirilməsi nəzərdə tutulmuşdur

Dövlət aqrar siyasətini reallaşdırmaq üçün Aqrar istehsalçıların maliyyə resursları ilə təminatı və sığorta sistemini daim yeniləşdirmək və daha uğurlu prioritet istiqamələri seçməyə çalışır. Son illər ərzində kənd təsərrüfatı məhsullarının kəmiyyət və keyfiyyətini artırmaq üçün bu sahəyə verilən kreditlərin həcmi kifayət qədər artmışır. Mərkəzi Bankın son statisktik məlumarlarına görə , bu sahəyə kredit qoyuluşu 2005-ci ildə 97,6 milyon manat olduğu halda, 2015-ci ildə bu göstərici 508,1 milyon manata qədər artmışdır.Lakin eyni zamanda bu sahəyə qoyulmuş kreditin həcmi ümumi iqtisadiyyata qoyulmuş kredit həcmindəki payı kifayət qədər azalma müşahidə olunmuşdur.(6.8 faizdən 2.3 faizə qədər) Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinə ayrılmış güzəştli kreditlərin həcmi 18,1 dəfə artmışdır. 2006-cı ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti də bu sahəyə güzə.tli kreditlərin berilməsində 18.1 dəfə artım müşahidə olunmuşdur.Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının sığortalanmasına dövlət dəstəyi həyata keçirilir.Amma, kənd təsərrüfatı istehsalında məhsuldarlıq göstəriciləri üzrə son 30-40 illik informasiya bazasının kifayət qədər olmaması kənd təsərrüfatında sigorta sisteminin inkişafına maneələr törətmişdir.eyni zamanda müvafiq sığorta fondunun olmaması bu sahənin inkişafına öz mənfi təsirini göstərməkdə davam edir.Hazırda sahibkar arasında aqrar sığortadan istifadə göstəricisi çox aşağıdır.Belə ki, Maliyyə Nazirliyinin və Mərkəzi Bankının məlumatlarına görə kənd təsərrüfatı məhsullarının sğortalanmasının faiz göstəricisi 1.3 faiz olmuşdur.Azərbaycanda kənd təsərrüffatı məhsullarının sğortalanmasına dövlət dəstək göstərməyə cəhd göstərsədə hələki ciddi nəticələr əldə olunmamışdır.Bu faktlardan belə bir nəticəyə gəlmək olar ki ölkədə aqrar sğortanın inkişafı və bu sahədə dövlət dəstəyinin təkminləşdirilməsinə ciddi ehtiyac vardır.Bu sahənin inkişafına maneə törədən əsas səbəblər kimi təbii fəlakətləri,heyvanlar arasında yayılan epidemik xəstəliklər, iqlimlə əlaqədar baş verən ciddi keyfiyyət və kəmiyyət dəyişikliklərinin son 30-40 illik bazalarının olmamasıdır.Strateji yol xəritəsinə əsas aqrar sektorda sığorta işinin təkminləşdirilməsi üçün aşağıdakı tədbirlər görüləcək və hal-hazırda görülməkdədir.

1.1 Kənd təsərrüfatında sığorta sistemi ilə əlaqəli mövcud qanunvericiliyin təkmilləşdirilməsi.Belə ki, Kənd Təsərrüfatı Nazirliyi Maliyyə bazarlarına nəzarət palatası ilə bir yerdə beynəlxalq təcrübəyə uyğun olaraq qanun vericiliyin hazırlanması üçün işlər görür.Yeni qanuna əsasən Regionlar və məhsullar üzrə diferensial icbari sğortanın yaradılması planı hazırlanacaqdır.

1.2 Kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi;Yenidən Maliyyə bazarlarına nəzarət palatası və Kənd təsərrüfatı nazirliyinin birgə əmakdaşlığı ilə bu sahə üzrə sğorta fondlarının yaradılması işinə baxılacaq və yaradılmış fond üzrə illik hesabatlar dərc olunacaqdır

1.3 Sığorta Hadisələri Reyestrinin hazırlanması; Kənd təsərrüfatı nazirliyi və ekologiya və təbii sərvətlər nazirliyi bir yerdə təbbi fəlakətlərin və xəstəliklərin vurduğu zərəri hesablamaq və buna uyğun sığorta işinin təşkilini aparmaq üçün müvafiq baza yaradılması planlaşdırılır.

1.4 Karantin rejiminin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması;Maliyyə nazirliyi və kənd təsərrüfatı nazirliyinin birgə əməkdaşlığı ilə heyvanlarda karantin xəstəliklərin ləğvi və qarşısını alınması ilə əlaqədar zərər çəkmiş sahibkarların zərərinin ödənilməsi ilə bağlı mexanizmlər hazırlanacaqdır.

1.5 Kənd təsərrüfatı məhsullarının istehsalçılarının sğorta və maliyyə savadlılığının artırılması;Regionlarda açılacaq aqrar elm və informasiya məsləhət mərkəzlərinin iştirakı ilə sğorta ilə bağlı savadlılığın artırılması üçün müvafiq tədbirlər planı hazırlanacaqdır.

Bütün bu tədbirlərin görülməsi nəticəsində aqrar sektorun inkişafını təmin etmək və hüquqi bazasını gücləndirmək üçün qanunvericilik bazası təkminləşəcəkdir.Bundan başqa yaradılmış məlumat fondları aqrar sektorda istehalçıların icbari sğortasını işini asanlaşdıracaq və eyni zamanda sğorta savadlılğı artacaqdır.

Dövlətin aqrar siyasətinin reallaşdırılması mexanizmlərindən biri və ən vacibi aqrar sahəyə investisiya qoyuluşlarının təşviqidir.Son illərdə digər sektorlarla yanaşı aqrar sektorun inkişafına da dövlət və sahibkarlar tərəfindən investisiyaların həcmində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmuşdur.Lakin hələdə bu sahəyə yatırılan investisiyaların həcmi digər sektorlarla müqayisədə aşağıdır.Ölkə daxilində xarici investisiyaların istiqaməti əsasən qeyri-aqrar sektorlara yönəlmişdir və aqrar sektora demək olar ki birbaşa xarici investisiya cəlb olunmur.Bu sahəyə investisayaların cəlb olunması üçün aşağıdakı tədbirlərin görülməsi planlaşdırılır.

2.1 Aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin hazırlanması.İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı ilə yerli hakimiyyət orqanlarının iştirakı ilə regionlarda investisiya ehtiyacları hesablanıb qiymətləndiriləcəkdir.Bu qiymətləndirmənin nəticələrinə uyğun olaraq regional investisiya planı və xəritələri hazırlanacaqdır.Aqrar sahədə investisiya ehtiyaclarının hesabatları və xəritələri elektron qaydada çap olunacaq,sərgilərdə nümayiş etdiriləcəkdir.Yerli və xarici investorlarla görüşlər təşkil olunacaq və onların öz maliyyə resurslarını investisiya şəklində yatırmaq üçün inandırılacaqdır.Beynəlxalq aləmdə tanınmış aqrar-sənaye korporasiyaları ilə görüşlərin təşkil edilməsi və ölkəyə dəvət olunması prioritet istiqamətlərdəndir.

2.2 Aqrar sahədə investisiya mühitinin yaxşılaşdırılması

İqdisadiyyat nazirliyi və Kənd təsərrüfatı nazirliyi birlikdə ölkə ərazisində aqrar sahədə investisiya mühitit araşdıracaq müvafiq təhlillər aparılacaq.Bu təhlillərdən alınan nəticələrə uyğun olaraq investisiya mühitinin yaxşılaşdırılması üçün təkliflər hazırlanacaq və müvafiq işlər görüləcəkdir.

Bütün bu tədbirlərdən sonra regionlarda investisiya xəritələri hazırlanacaq layihələrin hazırlanması və yerinə yetirilməsi üçün işlər görüləcək.Bu işlərdən sonra aqrar sahəyə cəlb edilən xarici investisiyaların həcmi artacaq və aşağıdakıların baş verməsi gözlənilir.

- Aqrar sahəyə cəlb olunan investisiyaların ümumi həcmi 2 dəfəyə qədər artacaqdır

-Regionlarda aqrar sektorun inkişafı üçün 100 faizlik layihələr hazırlanacaqdır

-2020 ci ilin ÜDM-də aqrar sektroun payında artım müşahidə olunacaqdır.



Yüklə 238,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin