Sabah qruplari


Aqrar sektora dövlət dəstəyinin zəruriliyi və bu sahədə xarici təcrübələr



Yüklə 238,1 Kb.
səhifə4/9
tarix01.01.2022
ölçüsü238,1 Kb.
#102961
1   2   3   4   5   6   7   8   9
1.3 Aqrar sektora dövlət dəstəyinin zəruriliyi və bu sahədə xarici təcrübələr

İqtisadiyyatın səmərəliliyinin artırılması və bununla bərabər olaraq rəqabət qabiliyyətinin yüksəldilməsi və qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin qarşısında duran əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə son illərdə ölkədə aparılan iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunub və həmçinin, qeyri-neft sektorunun da ÜDM-də xüsusi çəkisi kifayət qədər artmışdır. Kənd təsərrüfatı məhsulları ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün onların istehsalı və emalı sektoru keçən dövr ərzində iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyənləşdirilmiş və görülmüş tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün əlverişli şərait yaradılmışdır. Ölkədə bəzi istiqamətlərdə xüsusi addımlar atılmışdır. Ölkədə kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması, bu məhsulların istehsalı və emalı sahəsində fəaliyyətdə olan kiçik və orta sahibkarların yenilikçi qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Yuxarıda qeyd edilənlərə əlavə olaraq, davamlı inkişafın təmin edilməsi, gələcəkdə maliyyə resurslarının şaxələndirilməsinin təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması məqsədilə istehsalçıların maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi vacib məsələlərdəndir. Bu baxımdan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin 3-cü strateji hədəfində- “Maliyyəyə çıxışın asanlaşdırılması”da nəzərdə tutulmuş prioritetlərdə əhatə edilmiş tədbirlərin reallaşdırılmasını sürətləndirmək zərurəti yaranmışdır.

İqtisadiyyatın bir çox sahələrinə dövlət müdaxiləsi məqbul hesab olunmasa da kənd təsərrüfatı buna istisnadır. Çünki bu sahənin özünə məxsus xüsusiyyətləri İqtisadiyyatın başqa sahələrindən fərqli olaraq dövlətin bu sahəyə müdaxiləsi vacibdir. Buna baxmayaraq dövlət burada adətən tənzimləyici rolunda olur. Bunun da nəticəsində dövlət, kənd təsərrüfatında rəqabətə davamlılığın artırılmasını qarşısına məqsəd qoyur.

Kənd təsərrüfatında İqtisadi tənzimləmə sistemi özünəməxsus vəzifələrə malikdir və bəzi mühüm funksiyaları yerinə yetirir. Bu funksiyalara aşağıdakılarımisal göstərmək olar:

-bazarın tənzimlənməsi;

-aqrar proteksianizm;

-sosial-iqtisadi məsələlərin nizamlanması;

-gəlirlər arasında prearitetliyin təmin edilməsi

İqtisadi tənzimlənmənin kənd təsərrüfatında başlıca məqsədi, aşağıdakılardan ibarətdir:

1) Respublika əhalisinin ərzaq məhsullarına, sənayenin xammala olan tələbatını tam şəkildə ödənilməsi.

2) Məhsul istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsi və böhran vəziyyətlərinin kənd təsərrüfatının imkanları hesabına qarşılanması;

3) Kənd yerində yaşayan əhalinin gəlirlərinin artırılması və işsizlik səviyyəsinin azaldılması;

4) Aqrar sahədə məhsul istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi və bu sahədə davamlı inkişafın təmin edilməsi və s.

Kənd təsərrüfatında dünya təcrübəsi dəgöstərir ki, hətta inkişaf etmiş ölkələrdə də bu sahəyə dövlət tənzimləməsinin olması vacibdir. Araşdırmalar göstərir ki bir çox ölkələrdə aqrar sahənin tənzimlənməsi müvafiq qurumlar tərəfindən həyata keçirilir. Məsələn, Macarıstanda aqrar bazarın tənzimlənməsi Koordinasiya Komitəsi tərəfindən həyata keçirilir. Amerika Birləşmiş Ştatlarında isə kənd təsərrüfatı yeganə sahədir ki Federal Nazirlik tərəfindən tənzimlənir. Bu onu göstərir ki hətta ABŞ-da belə kənd təsərrüfatı və qida istehsalı mühüm əhəmiyyət kəsb edir.

Hazırki dövrdə öz dinamik və sürətli iqtisadi inkişafı ilə seçilən Çin Xalq Respublikası öz kənd təsərrüfatı siyasətində də xeyli yaxşı nəticələrə nail olmuşdur. Çinin 2001-ci ildə ÜTT-ə daxil olmasından sonra isə onun iqtisadiyyatı daha da güclənmiş və kənd təsərrüfatında böyük nailiyyətlər əldə etmişdir. ÇXR-da aqrar islahatlar zamanı ekoloji amillər də nəzərə alınır. Ümumiyyətlə Çində ətafmühitin mühavizəsi və ekologiyanın qorunması kənd təsərrüfatının inkişafı məsələləri dövlət yardımının ən mühüm hissələridir. Bunun üçün ölkədə xüsusi normativ aktlar da qəbul olunmuşdur.

1990-cı illarinin ortalarından bəri ÇXR-da təsarrüfatçılıq sisteminin əsas qollarının möhkəmlənməsinə başlanılır. Sərbəst ticarət zonalarının yaradılmasına, maliyə əməliyyatlarında valyuta dönərliliyinin təmin olunmasına yönəlmiş olan liberal siyaset daxili bazarda özəl sektorun xüsusi payının tədricən artmasına şərait yaratmışdır.

Son illərdə isə ərazisinin kiçik olmasına baxmayaraq düynaya kifayət qədər kənd təsərrüfatı məhsulları ixrac edən Hollandiya diqqət mərkəzindədir. Ölkənin təxminən 60 faizi su ilə mübarizə nəticəsində əldə edilən torpaqlardan ibarətdir. Yəni, dəniz səviyyəsindən aşağı olan torpağın doldurulması ilə bu torpaqlar əldə edilmişdir. Buna görə də torpaq çox qiymətlidir və hər kəs bunu bilməli və onu qorumalıdır.

Hal-hazırda Hollandiya ABŞ-dan sonra ən böyük kənd təsərrüfatı məhsulları ixrac edən ölkə olaraq hər il dəyəri 90 milyard dollardan çox məhsul ixrac edir. Maraqlıdır bu ölkə bu cür nailiyyəti necə əldə edib? Bu sualın cavabında bir çox nüanslar meydana çıxır. Bu nüanslar arasında təhsil və biznes savadlılığı, kooperativləşmə, texnologiya və ən əsası davamlı kənd təsərrüfatı siyasətini qeyd etmək olar.

Hollandiyanın uğuru, doğru siyasət ilə idarə olunan istehsal, marketinq və paylama şəbəkəsi sisteminin birgə fəaliyyətindən gəlir. Buna baxmayaraq, bu sistemin ən mühüm sütunlarından biri heç şübhəsiz təhsildir. Hollandiyanın kənd təsərrüfatı universitetlərin əsas nəzərə aldıqları faktorlar yeyinti məhsulu, ərzaq istehlakı, yaşayış sahəsi və qida sağlığıdır. Universitetlərdə tədqiqat məqsədli sahələr və istixanalar kənd təsərrüfatında yeni inkişaflar barədə öyrənmək istəyən bütün istehsalçılara açıqdır. Universitetlərdə tədqiqatlar dövlət tərəfindən dəstəklənməkdədir.

Məhdud əkin sahələrinə görə, Hollandiyalılar az miqdarda ən yüksək məhsuldarlığı təmin etmək məqsədilə istixana işlərinə daha çox diqqət yetirirlər. Yeni tədqiqat istixanalarda enerji və su məhsuldarlığına diqqət yetirir. Çünki fermerlərin istixanalarında qaz, enerji və su istifadəsində təbiətlə əlaqələrini düşünməsi gözlənilir. Ekoloji cəhətdən səmərəli istehsal istixanalarına ətraf mühit sertifikatları və vergi avantajları verilir. Bütün yeni açılmış istixanalar ətraf mühitə uyğun olduqlarını ifadə edən yaşıl etiketli sertifikatlara malikdirlər. Hollandiya məhdud ərazilərə malik olduğuna görə ətraf mühitə həssas olan davamlı kənd təsərrüfatı siyasətini həyata keçirir. Tək olmağın əvəzinə, birlikdə hərəkət etməyi qəbul edir. Daha da əhəmiyyətlisi, Hollandiya indi yalnız kənd təsərrüfatı məhsullarının deyil, həm də təcrübəsini və texnoloji gücünü ixrac edir. Bir sözlə, Hollandiyanın kənd təsərrüfatının uğuru bir təsadüf deyil.

Dünya təcrübəsində Holland təcrübəsi onu göstərir ki ərazinin böyük və ya kiçik olmasından asılı olmayaraq kənd təsərrüfatı sahəsini düzgün siyasətlə inkişaf etdirmək olar. Dünya üzrə əkin sahələrinin 10 faizə qədəri Rusiya Federasiyasının ərazisinə düşməsinə baxmayaraq ölkə bu sahədə inkişaf etməkdə çətinlik çəkir. Bunun əsas səbəblərindən kimi kənd əhalisinin kənd yerlərində qalmayıb şəhər yerlərinə göstərilir. İkinci səbəb isə Rusiyada əkin yerlərinin riskli zonada yerləşməsi göstərilir.

Torpaq resurslarından effektiv və səmərəli istifadə edilməsi ve torpağın məhsuldarlığının artırılması hər bir dövlət üçün zəruri bir haldır. Təsadüfi deyildir ki, Qərb ölkələrinin çoxunda torpaq umummilli sərvət hesab olunur. Bunun üçün də, torpaq dövlət tərəfindən tənzimlənmə obyektinə çevrilir. Buun nəticəsində də hər il dövlət büdcəsindən torpağın mellorasiyası, münbitliyinin artırılması üçün vəsait ayrılır.



Yüklə 238,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin