Sabah qruplari


Xərclərin məbləği (manatla)



Yüklə 238,1 Kb.
səhifə9/9
tarix01.01.2022
ölçüsü238,1 Kb.
#102961
1   2   3   4   5   6   7   8   9
Xərclərin məbləği (manatla)



Kənd təsərrüfatı

836 359 322,0

836 359 322,0

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

11 077 307,0

11 077 307,0

Buradan göründüyü kimi son illərdə respublikamızda kənd təsərrüfatına ediliş qayğının nəticəsində 2019-cu ildə də bu sahəyə kifayət qədər vəsait ayrılıb. Məhz bu ildə kənd təsərrüfati məhsullarının istehsalında əvvəlki illərə nisbətən daha da çox məhsul istehsal ediləcəyi proqnozlaşdırıır.



Nəticə və təkliflər

Tədqiqatın nəticəsi kimi bunlari qeyd etmək olar ki, kənd təsərrüfatı sektoru qeyri-neft iqtisadiyyatının mühüm tərkib hissəsidir və ölkənin milli iqtisadi təhlükəsizlik platformasının sütunu sayılır. Həmçinin kənd təsərrüfatı mürəkkəb qurluşa malik olmaqla yanaşı digər sahələrdən fərqli olaraq dövlət dəstəyi bu sahədə vacib faktordur. Bunun üçün də, kənd təsərrüfatı sektoruna dəstək tədbirləri müəyyən edilmiş və ərzaq təhlükəsizliyi strategiyasında inkişaf prioritetləri müəyyən edilmişdir. Kənd təsərrüfatında edilmiş uğurlu və davamlı siyasətin nəticəsində məhsul istehsalında artım xüsusilə diqqəti cəlb etməkdədir.

2016-cı ildə qəbul edilən və son illərin ən vacib qərarlarından biri Strateji yol xəritəsinin hazırlanması olmuşdur. Bu strateji xəritədə kənd təsərrüfatı sektorunda fiskal, maliyyə, bank, vergi və digər səmərəli mexanizmlərin inkişafı gələcək prioritetlər hesab edilir. Yuxarıda göstərilən prioritetlərə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə düzəlişlər və kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi ödəmələrinin azalması kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsinə müsbət təsir göstərmişdir və bu sahədə gələcək illərdə də öz təsirini göstərəcəkdir.

Bundan əlavə olaraq son illərdə həm beynəlxalq təşkilatlarla həm də Kənd Təsərrüfatı Nazirliyi vasitəsilə həyata keçirilmiş layihələr Azərbaycanda aqrar sektorun kifayət qədər inkişaf etməsinə gətirib çıxarmışdır. Bu layihələrin əsas məqsədi regionlarda yaşayan əhalinin işlə təminatının yaxşılaşdırılması həmçinin bu problemdən yaranan əhalinin şəhərə üz tutmasının qarşısını almaqdan ibarətdir.

Aparılan tədqiqatlardan həmçinin bu nəticəyə gəlmək olar ki hazırda bu sahədə kadr çatışmazlığı özünü göstərməkdədir.Bunun əsas səbəbi kimi kənd təsərrüfatına olan marağın azlığını və buna görə dəbu sahədə oxuyan tələblərin kasad olduğunu görə bilərik. Kənd təsərrüfatında kadr çatışmazlığı çox ciddi problem olduğundan bu faktora xüsusi diqqət yetirilməli və bu çatışmazlığın aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bunun üçün isə dövlət kənd təsərrüfatının ayrı-ayrı sahələrinə vəsait ayırmaqla yanaşı aqrar elm sahəsinə də kifayət qədər maliyə vəsaiti ayırmalıdır.

Bundan əlavə kənd təsərrüfatı sahəsində kooperativləşməni də təşkil etmək lazımdır. Hazırda ölkədə olan kişik pay torpaqlarının birləşdirilərək kooperativlər yaradılması zəruri hal almışdır. Hollandiya təcrübəsindən də göründüyü kimi aqrar sektorda kooperativlərin yaradılması məhsuldarlığın artımına gətirib çıxarır.

Həmçinin “Elektron Kənd Təsərrüfatı Sistemi”-nin də son illərdə bu sahədə əsas faktorlardan biri olduğunu bildirə bilərik. Bu sistemin inkişaf etdirilməsi və bu sistem haqqında fermerləri maarifləndirmək Nazirlik qarşısında duran əsas vəzifələrdəndir. 2019-cu ilin mayın 3-ə qədər bu sistemdən rəsmi olaraq 141491 nəfər qeydiyyatdan keçmişdir. Buna baxmayaraq, həmin fermerlərin bu sistemdən məlumatları az olduğundan sistemin effektliliyini azaldır.

Bundan əlavə Bankların sahibkarlara kredit verilməsi də daha da asanlaşdırılmalı, onlardan tələb olunan biznes planın standartlaşması zəruri hala çevrilmişdir. Həmçinin kənd təsərrüfatı subyektlərinə verimiş subsidiya və dövlət yardımlarının artırılması kənd təsərrüfatında məhsul istehsalının artımına və kənd yerlərində yaşayan əhalinin bu sahəyə olan marağını daha da artırmış olar.

Aran bölgəsi və dağətəyi rayonlarda əsasən suvarma əkinçiliyi olduğundan su kanallarının vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Buna görə də hər il dövlət büdcəsindən su kanallarının bərpasına və yenidən qurulmasına maliyə vəsaiti ayrılır. Lakin hələ də bu sahədə problemlər qalmaqdadır. Su kanallarının betonlaşdırılmamış olduğundan müəyyən qədər su itkisinə həmçinin torpağın şoranlaşmasına səbəb olur. Bunun üçün də bu faktora xüsusi diqqət yetirilməli, su kanallarının betonlaşdırılması üçün dövlət vəsaiti ayrılmalıdır. Bundan əlavə kanallara suyun vaxtında verilməsi də məhsuldarlığa birbaşa təsir edən amillərdəndir.

Fikrimcə, dövlət yuxarıda göstərilən qaydada iqtisadi mexanizmlərdən istifadə edərək ölkədə kənd təsərrüfatının inkişafı üçün normal şərait yaratmalıdır.



İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI



  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

  2. “Torpaq islahatları haqqında” AR qanunu 17.06.1996

  3. Kənd Təsərrüfatı üzrə Strateji Yol Xəritəsi (2016-2020)

  4. 2008-2015-ci illərdə Аzərbаycаn Rеspublikаsındа əhаlinin ərzаq мəhsullаrı ilə еtibаrlı təminаtınа dаir Dövlət Prоqrаmı» Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 25 аvqust 2008-ci il tаriхli Sərəncаmı

  5. N.V.Əlibəyov “Təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinin iqtisadi mexanizmi(monoqrafiya)”. Bakı nəş, 2014 s. 165-168

  6. İ.Ş.Qarayev “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi”. Dərslik. Bakı İqtisad Universiteti nəş, 2011 s. 59-61

  7. E.R.İbrahimov “Aqrar sahibkarlığın inkişafının iqtisadi problemləri (monoqrafiya)”. Gəncə, ADAU nəş., 2010 s. 143-146

  8. Ə.Qasımov “Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi”. Dərslik. Bakı, İqtisad Universiteti nəş. 2005 s. 30-32

  9. İ.Ş.Qarayev “Aqrobiznes və ərzaq təhlükəsizliyi”. Dərslik. Bakı: “İqtisad Universiteti” Nəş – 2015. s. 76-80

  10. İbrahimov İ.H “Aqrar sahənin iqtisadiyyatı. (Monoqrafiya)”. Bakı nəş 2016, s. 536

  11. E.Quliyev “Aqrar iqtisadiyyat” ali məktəblər üçün dərslik. Bakı 2015 Kooperasiya nəş, s. 61-64

  12. S.V. Salahov “Aqrar sahanin ddvlat tanzimlanmasi problemlari” Bakı nəş 2004 s. 312-315

  13. Hüseyn Ramil. “Aqrar sahədə rəqabətqabiliyyətli məhsul istehsalı” Bakı. Avrora nəş, 2018 s. 219-223

  14. İlham Əliyev və dövlətin aqrar siyasəti. Bakı Gənclik nəş, s.

  15. Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 02 mаrt 2001-ci il tаriхli sərəncаmı ilə təsdiq еdilmiş «Ərzаq təhlükəsizliyi üzrə Dövlət Prоqrаmı»

  16. Dünyada və Azərbaycanda Aqrar siyasət

  17. J.Harriss, Rural Development

  18. Hanson, Field Without Dreams

  19. AZETKTİ və Tİ-nin Elmi əsərləri, №1.Bakı 2008.

  20. Qurbanzadə A.A. Aqrar strukturun regional inkişaf modeli; iqtisadi-coğrafi konsepsiyası. "Elm", Bakı, 2004, səh. 121.

  21. Məmmədov M.M. Ərzaq bazarının tənzimlənməsinin iqtisadi mexanizminin təkmilləşdirilməsinin bəzi məsələləri (Az.ETKTİ və Tİ-nun elmi əsərləri (2). Bakı, 2005, s. 143-150).

  22. Milli iqtisadiyyatın dövlət tənzimlənməsi» prof. Allahverdiyev H.B., dos. Qafarov K., dos. Əhmədov Ə.M. Bakı 2012

  23. İ.H.Alıyev «Qloballaşma şəraitində aqrar sahənin dayanıqlı inkişafının təmin olunmasının sosial-iqtisadi problemləri» Bakı 2008

  24. Богомолов Т. Анатомия глобальной экономики. М.: Экономики,

  25. Dünya Bankının rəsmi saytı www.worldbank.org

  26. Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi saytı, www.stat.gov.az

  27. Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi saytı. www.fao.org

  28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi saytı. www.economy.gov.az

  29. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytı, www.agro.gov.az

  30. www.azstat.org.



Yüklə 238,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin