Sabah qruplari


Dünya neft bazarında qiymətin formalaşması



Yüklə 225,57 Kb.
səhifə10/32
tarix01.01.2022
ölçüsü225,57 Kb.
#105040
1   ...   6   7   8   9   10   11   12   13   ...   32
2.2 Dünya neft bazarında qiymətin formalaşması

Bildiyimiz kimi bazarda əmtəə qiymətinin formalaşmasında, artıb azalmasında tələb və təklifin həcmi həlledici rol oynayır. Lakin əmtəəyə olan tələb də onun tərkibindən, keyfiyyətindən və digər amillərdən asılı olaraq dəyişir. Təbii ki neft bazarında da neftin ayrı-ayrı sortlarına olan tələbat və qiymətin formalaşması onun tərkibindən və keyfiyyətindən asılı olaraq dəyişir. Buna misal olaraq neftin tərkibindəki suyun, kükürdün və digər qarışıqların miqdarını aid etmək olar. Daha öncə də dediyimiz kimi bu kimi texniki xüsusiyyətlər neftin keyfiyyətinə və müvafiq olaraq onun qiymətinin formalaşmasına bilavasitə təsir edir. Neftin tərkibindəki qarışıqların miqdarına uyğun olaraq neftin müxtəlif sortlara ayrılmasını da daha öncədən qeyd etmişdik. Bundan savayı dünya bazarında neft qiymətinin formalaşmasına “OPEC”-ə üzv ölkələrin qiymət siyasəti, digər alternativ enerji mənbələrindən istifadə imkanları, neft emalı prosesində qazmanın miqyası, ölkənin yerləşdiyi coğrafi mövqeyi, bundan asılı olaraq dəyişən təbii şərait və digər amillər təsir edir.

Son illərdə beynəlxalq arenada ən böyük neft karteli hesab edilən “Neft İxrac edən Ölkələr Birliyi” – OPEC dünya neft bazarında qiymətin formalaşmasında və tənzimlənməsində önəmli rola malikdir. “OPEC”in böyük neft təşkilatı kimi neft bazarında vacib rola malik olduğuna baxmayaraq böhran vəziyyətlərində “OPEC”in üzv ölkələri heç də həmişə öz üzərlərinə düşən vəzifələri tam şəkildə icra edə bilmirlər. Bu da onu göstərir ki, müasir dövrdə neft bazarında qiymətin tənzimlənməsini tam şəkildə həyata keçirə bilən təşkilat yoxdur və neft qiymətinin tənzimlənməsində hər hansı bir qrup neft istehsalçısı ölkələri həlledici rola malik deyil. Hazırki vəziyyətə əsasən biz deyə bilərik ki, dünya neft bazarında qiymətin artıb azalması tələb və təklifin həcminə eyni zamanda istehsal xərclərinə görə dəyişir.

Dünya neft bazarında neftin qiymətinin artıb-azalması ümumən dünya iqtisadiyyatına və ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinə öz mənfi və ya müsbət təsirini göstərir. Sahib olduqları zəngin neft ehtiyatlarını ixrac edərək öz maliyyə imkanlarını yaxşılaşdıran, davamlı iqtisadi inkişafa nail olan və eyni zamanda neftdən asılı olan ölkələr neftin qiymətinin qalxmasını xoş xəbər kimi qarşılayırlar. Neft ixrac edən ölkələr siyahısında liderlik edən ölkələr aşağıdakılardır (qeyd edilmiş göstəricilər 2017-ci ilə aiddir) :




Yüklə 225,57 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin