Sabah qruplari


Ölkələr Neft ehtiyatları (milyard barrel ilə)



Yüklə 225,57 Kb.
səhifə13/32
tarix01.01.2022
ölçüsü225,57 Kb.
#105040
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
Ölkələr

Neft ehtiyatları (milyard barrel ilə)

Venesuela

302.810

Səudiyyə Ərəbistanı

266.260

Kanada

169.710

İran İR

155.600

İraq

147.220

Küveyt

101.500

BƏƏ

97.800

Rusiya Federasiyası

81.005

Liviya

48.373

ABŞ

40.220

Mənbə: www.statisca.com

Dünyanın ən zəngin neft ehtiyatlarına malik ölkərinin sıralandığı cədvəldən aydın görmək mümkündür ki, dünyada faktiki olaraq təsdiqlənən neft ehtiyatlarının qitələr üzrə bölgüsünə görə ən az pay Şimali Amerikaya düşür. Ən çox pay isə Asiya qitəsinin və OPEC ölkələrinin payına düşür. Dünyanın ən zəngin neft ehtiyatlarına malik 10 ölkənin içərisində OPEC üzvlərinin üstünlük təşkil etməsi çox təbii bir haldır. Çünki 1960-cı ildə əsası qoyulan OPEC həmin il dünyanın ən iri neft irxacatçıları tərəfindən yaradılmışdır. Buna görə də dünyadakı neft ehtiyatlarının mütləq əksəriyyətinin dünyanın ən iri neft ixracatçı ölkələrinin payına düşməyi normaldır və başqa cür mümkün ola bilməz. Belə ki, İraq, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Liviya, Qabon, Qətər, Venesuella, İndoneziya, Küveyt, Nigeriya, Ekvador və Əlcəzair OPEC’in üzv ölkələri olduqları halda bu ölkələrdən yeddisini sözügedən cədvəldə görmək mümkündür. Bu ölkələr Venesuela, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, İran İslam Respublikası, İraq, Küveyt və Səudiyyə Ərəbistanıdır. Qeyd etdiyimiz bu məlumat digər bir qrafikdə də öz əks etdirib:



Mənbə: www.opec.org

OPEC əsası qoyulduğu ildən bugünə qədər dünya neft ixracatında və hasilatında çox önəmli yer tutur. Mütəxəssislər tərəfindən aparılan araşdırmaya görə indiki dövrdə gündəlik neft hasilatını əsas götürdükdə dünyada olan neft ehtiyatı orta hesabla 43 ildən sonra yox dərəcəsinə çatacaq və ya tamamilə tükənəcək. Səudiyyə Ərəbistanın neft ehtiyatlarının ümumi həcmi dünya neftinin təxminən 20%-ini təşkil edir. Səudiyyə Ərəbistanı dünyada bütün ölkələrdən qat-qat çox neft ixrac edir. ABŞ, Qərbi Avropa ölkələri və Yaponiya neftə olan tələbatını bu ölkədən idxal etdiyi məhsul hesabına təmin edir. Başqa sözlə desək Amerika, Yaponiya kimi ölkələr neft sənayesində Səudiyyə Ərəbistanından asılı vəziyyətdədir. Bütün bunlar göstərir ki, Səudiyyə Ərəbistanı dünyada ən çox neft ehtiyatına malik olsa da neft ehtiyatları İraq və Küveytlə müqayisədə daha tez tükənəcək. “Statistical Review of World Energy”-dən əldə etdiyim ayrı-ayrı ölkələrdə neft ehtiyatlarının tükənmə müddəti haqqında statistik məlumatı qeyd edilmiş cədvəldə görmək mümkündür:


Yüklə 225,57 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin