Sabah qruplari


İkinci Neft Şoku, 1979 – 80



Yüklə 225,57 Kb.
səhifə24/32
tarix01.01.2022
ölçüsü225,57 Kb.
#105040
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
4.2. İkinci Neft Şoku, 1979 – 80

1979-cu ildə neft böhranı və ya ikinci neft böhranı ABŞ-da İran inqilabından sonrakı kütləvi etiraz aksiyaları nəticəsində baş vermişdir. Etirazlar İranın neft sektorunu sıradan çıxarmış, yeni sistem isə neft ixracını davam etdirmişdi. Lakin ixrac kiçik həcmdə idi və qiymətlərin artmasına səbəb oldu. Səudiyyə Ərəbistanı və OPEC-dəki digər ölkələr kompensasiya üçün istehsalı artırmışdılar.Bu zaman istehsalın ümumi itkisi təxminən 4% olmuşdur. Lakin bu böyük təşviş adi vəziyyətdə gözləniləndən daha yüksək bir maliyətin ödənilməsi ilə nəticələndi. ABŞ-da daxili neft qaynaqları üzərindəki qiymət nəzarəti sistemi vəziyyəti daha da ağırlaşdırdı. 1980-ci ildə İranın İraq tərəfindən işğalından sonrakı dövrdə neft istehsalı İranda demək olar ki, dayandı və İraqın neft hasilatı da kəskin şəkildə azaldı. 1980-ci ildə pik həddinə çatan neft qiymətləri altı il müddətlik dövrdə düşməyə başlamış; aşağı tələb,yüksək istehsal nəticəsində1986-cı ildə 46% -dək azalmışdır

İkinci neft şoku İranda 1978/79 İnqilabı nəticəsində yaranmışdı. Bundan sonra 1980-ci illərdə İraq və İran müharibəsi baş verdi və İranın neft ixracını demək olar ki, dayandırdı. Əvvəlki neft şokunda olduğu kimi, qiymət artımının böyük əksəriyyəti təşviş və yığıb-saxlama davranışından qaynaqlanırdı; bu zaman OPEC-in rolu qiymətlərin yüksəlməsində əhəmiyyətli deyildi. Bu şok qlobal miqyasda başqa bir ciddi inflyasiya dövrünə gətirib çıxardı və ABŞ Federal Ehtiyat Bankı da daxil olmaqla, bir çox olkənin mərkəzi bankları faiz dərəcələrini kəskin şəkildə artırdı.


Yüklə 225,57 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin