Dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan öz müstəqil iqtisadi siyasətinin, əsasən də bunun tərkib hissəsi olan neftin qiymətinin müəyyən edilməsi üzrə addımlar atdı. Bu iqtisadi məsələdə sərbəstlik olsa da neft dünya neft bazarında zamanla gerçəkləşən meyllərlə hesablaşmaq zərurəti yarandı. Respublikada neftin qiymətinin tənzimlənməsi və müəyyən edilməsində tədbirlər sistemi aşağıda qeyd olunan bazar təsisatlarının formalaşdırılmasına uyğun olaraq səmərəlilik tapa bilər:
Hasilat sferasında oliqopoliyanın təmin olunması;
Daxili neft qanunvericiliyinin;
Alternativ topdansatış treyderlərin müəyyən olunması;
Daxili neft birjasının təsis olunması;
Regional ticarət bazarının formalaşdırılması;
Neft-qaz və neft məhsulları əsasında ehtiyat fondunun yaradılması