Sabah qruplari


Neftin meydana gəlməsi və enerji mənbəyi kimi istifadə edilməyə başlanması



Yüklə 225,57 Kb.
səhifə4/32
tarix01.01.2022
ölçüsü225,57 Kb.
#105040
1   2   3   4   5   6   7   8   9   ...   32
1.1 Neftin meydana gəlməsi və enerji mənbəyi kimi istifadə edilməyə başlanması

Enerji mənbələri arasında üst sıralarda yer alan kömür, neft və təbii qaz ümumilikdə dünya enerji istehlakının 90%ini təşkil edir. Şübhəsiz ki, bu enerji mənbələri içərisində ən vacibi neft hesab edilir. Əsrlərdən bəri aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinmişdir ki, neft ümumi olaraq illər əvvəl yaşamış olan bitki və heyvan qalıqlarının dənizlərdə yığılan laylar içərisində oksigensiz bir mühitdə, müəyyən bir təzyiq və tempuratur altında çürüməsi ilə meydana gəlmişdir. Kimyəvi maddələr baxımından neft karbohidrogenlərin və digər birləşmələrin qarışığından ibarət yanar mayedir. Külək dəniz və göl kimi su hövzələrinə qum, çınqıl və digər müxtəlif bərk materialları daşıyır və bu daşınan bərk materiallar suyun dibində getdikcə qalınlaşan qatları əmələ gətirir. Bu mühitdə yaşayan və ölən canlıların qalıqları da suyun dibində yığılmış qum, çınqıla qarışır. Alt qat yuxarı təqəbənin yaratdığı böyük təzyiq altında sərtləşirlər. Bu zaman qarışığın tərkibində olan canlı qalıqlarından karbon və hidrogen molekulları tədricən istilik və təzyiq təsirindən ayrılır və karbohidrogenləri əmələ gətirir. Bu səbəblə neft, təbii qaz və kömür birlikdə “Qalıq yanacaqlar” olaraq adlanır. Neftin tərkibində azot, oksigen və az miqdarda dəmir, nikel və misə də rast gəlinir. Bərpa olunmayan enerji mənbəyi olaraq xarakterizə edilən neftə olan tələbin və istehlakın artmasının bir nəticəsi olaraq neftin qısa müddətdə tükənəcək olması düşünülsə də çoxlu sayda neft yataqlarının aşkara çıxması bu düşüncələrin reallığa çevrilməsinə imkan vermədi və bu gün də neft ən əsas enerji mənbəyi kimi dünyanın bir çox yerində geniş şəkildə istifadə olunur. İndiki vaxtda sənayenin əhəmiyyətli bir xammalı kimi istifadə edilən neft ölkələrarası ticarət əlaqələrində, ticarət dövriyyəsində çox vacib yer tutur.

Bugünkü günümüzdə enerjinin əldə edilməsi və istifadəsi ən vacib amillərdən biridir. Müasir dövrümüzdə, hər keçən gün enerji əldə edilən mənbələr artsa da neft bu mənbələr içərisində öz önəmli yerini tutmaqdadır. Dünyanın əsas enerji istehlakında əsas 3 yeri tutan kömür, neft və təbii qazın payı 90% olduğu halda, təkcə neftin enerji istehlakında payı 36,84% təşkil edir. İstehlak sıralamasında kömürün payı 27,17% , təbii qazın payı isə 23,69% dir.


Yüklə 225,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin