2.1 Dünya neft bazarı
“Neft bazarı” anlayışı müasir dövrdə tez-tez rastlaşdığımız, gündəlik həyatda hər bir insanın rastına çıxa bilən “bazar” anlayışından tamamilə fərqli, özündə olduqca geniş və mürəkkəb prosesləri əks etdirən bir məhvumdur. “Dünya neft bazarı” dedikdə dünyanın ən qabaqcıl ölkələrində yerləşən fond birjaları hesab edilir. Dünyada orta hesabla 140-a yaxın fond birjaları fəaliyyət göstərməkdədir. Bu birjalarda satılan məhsulların təxminən yarıya qədəri (40%) sənaye məhsullarıdır və bu məhsulların da içərisində neft və neftdən hazırlanan məhsullar üstünlük təşkil edir. Dünyada bir neçə ixtisaslaşmış fond birjaları mövcuddur. İxtisaslaşmış fond birjalarının içərisində New-York və Böyük Britaniyanın paytaxında yerləşən London birjaları daha çox neft və neft məhsullarının mübadiləsi ilə tanınır.
Son illərdə qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin böyük qismində neft amilinin təsiri əhəmiyyətli dərəcədə böyükdür. Dünya iqtisadiyyatında neft sənayesi olduqca vacib əhəmiyyət kəsb edir. Aparılan araşdırmalara görə dünyada bizə məlum olan neft ehtiyatlarının ümumi həcminin 1407 milyard barrel təşkil etdiyi məlum olmuşdur. Bu ehtiyatların böyük hissəsi Xəzər dənizi, Fars körfəzi, Şimal dənizi, və Meksika körfəzinin payına düşür. Bu statistikaya coğrafi baxımından yanaşsaq belə qənaətə gəlmək olar ki, dünyada neft ehtiyatları ilə zəngin olan ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir. Maraqlısı burasındadır ki, dünyada mövcud olan neft ehtiyatlarının təxminən yarısına qədəri yalnız bir məkanda yəni Fars körfəzində yerləşir. Dünyada ən çox neft istehsal edən ölkələrin siyahısını verilmiş cədvəldə görmək mümkündür:
Dostları ilə paylaş: |