Neft istehlak edən ölkələr
|
Gündəlik istehlak həcmi
|
Amerika Birləşmiş Ştatları
|
18.961.00 (barrel)
|
Çin
|
10.480.00
|
Yaponiya
|
4.557.00
|
Hindistan
|
3.660.00
|
Rusiya Federasiyası
|
3.493.00
|
Braziliya
|
3.003.00
|
Səudiyyə Ərəbistanı
|
2.961.00
|
Almaniya
|
2.435.00
|
Kanada
|
2.374.00
|
Mənbə: www.eni.com – World Oil Review 2018
Dünyada neft istehlakına görə ən öndə gedən ölkələrin mütləq əksəriyyəti inkişaf etmiş və sənayeləşmiş ölkələrdir. Bu onunla xarakterizə oluna bilər ki, dünyada vacib strateji əhəmiyyət kəsb edən neftin istehlak miqdarı ölkədə texnoloji səviyyədən və sənayenin inkişafından asılıdır.
Dünya neft bazarında neftin qiymətinin formalaşmasına və dəyişməsinə bir sıra amillər təsir göstərməkdədir. Bu amillərdən ən əsası tələb və təklifdir. Bildiyimiz kimi neft və neft məhsullarına olan tələbatın kəskin sürətdə artması və ya azalması, həmçinin dünya neft bazarında təklifin həcmində ciddi artım və ya azalma neft qiymətinin dəyişilməsinə gətirib çıxarır. Bu dəyişiklik də öz növbəsində böyük neft idxalatçıları və ixracatçılarına, eyni zamanda neftdən asılı olan ölkələrin iqtisadiyyatına, maliyyə imkanlarına öz təsirini göstərir. Bunlardan əlavə olaraq neft olan tələbə və təklifə də müəyyən amillər təsir edir. Tələbə təsir edən amillərə misal olaraq böyük neft idxalatçısı olan ölkələrin maliyyə imkanları, dünya iqtisadiyyatının artan dinamikasını göstərmək olar. Neft təklifinin formalaşdırılmasında ən mühüm vasitəçi rol oynayan amillərə isə OPEC ölkələrinin bazara çıxardığı neftin həcmi və zəngin neft ehtiyatlarına malik olan ölkələrin neft siyasətini söyləmək olar.
Dostları ilə paylaş: |