2.Birbaşa və dolayı vergilərin iqtisadiyyata təsirləri
Vergilər istər gəlir üzərindən istərsə də xərc üzərindən alındığında vergi ödəyicilərinin həm yığım həm də xərcləmə qərarlarında dəyişikliklərə səbəb olaraq iqtisadiyyata təsir göstərir.Vergilər istehsalçıların və istehlakçıların rasional qərarlarını dəyişdirməklə,vergi yükünü azaltmaq və ya tamamilə qurtulmaq istəyən istehsalçıların bu məqsədlə faktor komponentlərini,istehlakçıların isə mal komponentlərini fərqliləşdirməsinə səbəb olur. Nəticədə,resursların bölgüsü Pareto optimum nöqtəsindən uzaqlaşır,bu isə öz növbəsində iqtisadi aktivliyin zəifləməsinə səbəb olur.
Vergi sistemində vergiləri birbaşa və dolayı olmaqlar iki qrupa ayırmaq olar.Belə qruplaşdırma ehtimal ki,vergi təsnifatında ən qədim olanıdır.Birbaşa və dolayı vergilərin fərqləndirilməsinə dair bir meyar kimi qəbul edilə biləcək konsensusuun olmamasına baxmayaraq bu fərqləndirmə müasir dövrdə diqqət mərkəzindədir.Ümumiyyətlə isə gömrük rüsumları,satış vergiləri ,rəsmlər və iştirak payları dolayı vergi sinfinə aid edilərkən gəlir,qurumlar,zənginlik,miras vergiləri birbaşa vergilərə aid edilirdi.
Dostları ilə paylaş: |