Birbaşa vergilərin Xərcləmə strukturu üzərindəki təsirləri
Birbaşa vergilər xərcləmələr üzərindən alınan vergi olmadığına görə müxtəlif mal və xidmətlər arasındakı nisbi qiymətləri birbaşa dəyişdirmir.Birbaşa vergilərin xərclər üzərindəki gözləntisi xərclərin azaldılması istiqamətindədir.Ancaq bu azalmanın bütün mallar üçün eyni olması nəzərdə tutulmur.Bunun əsas səbəbi isə birbaşa vergilərin nisbi qiymətləri birbaşa dəyişdirməsi deyil mal və xidmətlərin gəlir elastikliyinin ayrı –ayrı mallara görə dəyişməsidir.Məsələn gəlir vergisinin artması nəticəsində gəliri azalan istehlakçı fərdi zövq və seçimlərinə görə azalan bu gəlirlərini müxtəlif mallar arasında əvvəlcədən bölüşdürür.Beləliklə bəzi mallara olan tələb vergidən öncəki dövrə nisbətən dəyişdiyindən nisbi qiymətlərdə bu dəyişməyə müvafiq olaraq dəyişir.Buna görə də birbaşa vergilər nisbi qiymətlərə dolayı təsir göstərir.Birbaça vergilər gəlir azaltma təsiri yaratdığından bunların xərcləri azaltması gözlənilir.Ancaq bu vəziyyət aşağı gəlirli ev təsərrüfatların aşağı keyfiyyətli mallara(inferior goods) olan tələbatına əks təsir göstərəcək.