Sabah qruplari


İnvestisiyalar üzərindəki təsirləri



Yüklə 455,47 Kb.
səhifə18/34
tarix01.01.2022
ölçüsü455,47 Kb.
#105151
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
İnvestisiyalar üzərindəki təsirləri

Gəlir vergisi investorların investisiya qərarlarını da dəyişdirmək potensialına malikdir. Belə ki,gəlir vergisi investisiyaların gəlirini azaltdığına görə investisiyaların stimulu da azalır.Bu da öz növbəsində ümumi investisiyaların azalmasına səbəb olur.Marjinal vergi dərəcələrinin yüksək olması investisiyalara mənfi təsir göstərir.Təşəbbüskarların investisiya qərarını qəbul etməkdə əsas məqsədi mənfəət əldə etmək arzusudur.Firmalar yalnız istehsal artımlarının faydalı olduğunu düşündükdə yeni maşın və avadanlıq satın alırlar. Lakin firmaların gəlirliliyi vergi dərəcələrindən asılıdır. Vergi dərəcələrinin yüksək olduğu bir vəziyyətdə, investorlara ödənilən məbləğ başqa sözlə desək vergi sonrası mənfəət azalır.Belə vəziyyətdə həm investorların,həm də firmaların investisiya həcmi azalacaqdır. İnvestisiya qərarları, xüsusən vergi sonrası mənfəətlə müəyyənləşdirildiyi üçün investisiyanın artırılması üçün vergi endirimi effektiv bir yol ola bilər.

Gəlir vergisi investisiyalara birbaşa təsirlə yanaşı dolayı yollada təsir göstərir. Buna görə iqtisadiyyatda xərclər vergilər nəticəsində azalacaq və bununla da iqtisadiyyata olan ümumi tələb azalacaq.Belə bir iqtisadi tənəzzül dövründə mənfəətlilik və investisiyaların gözlənilən gəlirliliyi də azalacaq.Bu isə investisiyaların azalmasına gətiib çıxarır.Beləliklə gəlir vergisinin investisiyalara dolayı yollada təsir etdiyini müşahidə etdik.

Gəlir vergisinin azaldılması investisiyaların artmasına səbəb olur və nəticədə istehsal modellərinin daha böyük bir şəkildə kapitallaşdırılmasına səbəb olur. İş qüvvəsi tərəfindən istehsal proseslərində görülən bu kapitalın əvəz edilməsi əməyin tələbini azalda bilər və işsizliyə səbəb ola bilər.




Yüklə 455,47 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin