Əmək tələbi üzərindəki təsirləri
Birbaşa vergilərdən ödəniş və əmək haqqına görə alınan gəlir vergisi əmək təklifinə əhəmiyyətli dərəcədə təsir göstərir.Ödəniş və əmək haqqı üzərindən alınan vergilər iqtisadiyyatda fərdlərin əmək təklifini hansı istiqamətdə dəyişdirməsinə dair qərarları gəlir əvəzləşdirmənin təsiri altında formalaşır.Gəlir effektinə əsasən gəlir vergisinin artması nəticəsində gəliri azalan fərd itirilən məbləği kompensasiya etmək üçün əmək təklifini artıracaq.Əvəzetmə effektinə görə isə gəlir vergisi artdığı üçün daha az gəlir əldə edən fərd üçün işləməyin alternativ xərcləri artacaq,belə vəziyyətdə həmin fərd işləməyin alternativi olan boş vaxtı vergisiz vəziyyətə görə daha çox istifadə edəcək.Beləliklə gəlir və əvəzetmə fərdlərin işləmək arzusuna mənfi təsir göstərəcəkdir.Lakin yekun nəticənin nə olacağı bilinməyəcək. (Uluatam, 1999, s. 316).
Ödənişlərin vergi sonrasında gəlirdəki dəyişməsi iş qüvvəsini fərqli işçi qrupları arasında fərqli həcmdə dəyişdirir.Məsələn, evli qadınlar birbaşa vergilər azaldığı zaman əmək təklifini subay kişilərə nisbətən daha çox artıracaq.Ümumiyyətlə,əmək üzərindən alınan marjinal vergi dərəcələrinin artırılmasının əmək təklifini azaldacağı gözlənilir.Bu mövzuda aparılan empirik araşdırmalar neytral gəlir vergisi siyasətində edilən dəyişiklərə işçi qüvvəsinin çox az reaksiya verdiyini göstərir.
Dostları ilə paylaş: |