Yığım üzərindəki təsirləri
Gəlir vergisi insanların gəlirlərinin istehlak və yığım arasındakı bölgüsünə də təsir göstərir.Bu isə gəlir və əvəzetmə effiktinə əsaslanır.Gəlir effektinə görə gəlir vergisinin artması nəticəsində gəliri azalan bir fərd qənaət etməyə məcbur olacaq.Qənaətdəki bu azalmanı kompensasiya etmək istəyən fərd qənaət,yəni yığım meylini artırmaq yolunu sınaqdan keçirəcəkdir.Ancaq bu artmanın gəlir azalmasının yığım üzərindəki mənfi təsirlərini aradan qaldıracaq səviyyədə olması nəzərdə tutulmur.Gəlir vergisinin artması təkcə cari gəlirləri azaltmır,həm də fərdlərin yığımları də vergiyə cəlb olunduğundan yığım daxilolmalarını da azaldacaq.Əvəzetmə effektinə görə isə yığım daxilolmalarının azaldığını görən fərdin yığım motivi də aşağı düşəcək.Başqa sözlə desək,yığımın alternativ xərcləri artdığına görə fərdlər yığım yerinə onun alternativi olan istehlaka yönələcəklər.Gəlir vergisində edilən hər hansı bir dəyişikliyin ümumi yığım miqdarı üzərindəki net təsiri gəlir və əvəzetmə effektlərinin həcmindən asılıdır.Beləliklə,gəlir vergilərində edilən artım nəticəsində gəlir effekti yığımlara artırıcı,əvəzetmə effekti isə yığımlara azaldıcı yönündə təsir göstərəcəyindən tam təsiri qeyri-müəyyən olaraq qalacaq.Mövzu ilə əlaqədar aparılan araşdırmalarda fərqli nəticələr əldə olunsada son dövrlərdəki araşdırmalara əsasən bu iki effektdən əvəzetmə efektinin daha təsirli olduğunu göstərir.
Gəlir vergisinin fərdlərin yığımlarına təsiri fərdlərin hansı gəlir qrupuna aid olmasına bağlı olaraq dəyişir. Əgər yüksək gəlir seqmentlərində marjinal yığım tendensiyası daha yüksək olarsa aşağı gəlirli qruplardan alınan vergilər istehlakı,yüksək gəlirli qruplardan alınan vergilər yığımları azaldır.Ümumiyyətlə fərdlər əldə etdikləri gəlirlə ilk olaraq istehlaka olan ehtiyaclarını qarşılayırlar,geridə qalan hissəsini isə yığıma yönəldirlər.Vergilər əsasən qənaət edilən vəsait hesabına ödənilir.Əgər bu məbləğ kifayət etməsə onda istehlak azaldılmalıdır.Aşağı gəlirli fərdlər istehlakları az olduğu üçün vergi artdığı zaman vergini ödəmək üçün istehlakı azaltmaqla,yüksək gəlirli fərdlər isə yığım hesabına ödəyirlər.Yəni qənaətlərini azaldırlar.Gəlir vergisi sistemi bir çox ölkələrdə və bütün OECD ölkələrində artan nisbətlidir.Buna görə də marjinal gəlir vergisinin azaldılması iqtisadi ədəbiyyatlarda geniş müzakirə edilən bir anlayışdır.
Dostları ilə paylaş: |