Əmək təklifi üzərindəki təsirləri
Əmək təklifi başqa bir çox faktorla yanaşı qiymətin bir funksiyasıdır.Dolayı vergilərin əmək təklifi üzərindəki təsirini analiz edərkən ilk olaraq dolayı vergilərdən çox birbaşa vergilər diqqətə alındığına görə dolayı vergilərin əmək təklifi üzərində təsirinin çox olmaması görünür.Ancaq əmək haqqını real olaraq dəyişdirən istənilən vergi əmək təklifinə təsir göstərə bilər.Dolayı vergi növü olan əlavə dəyər vergisi(ƏDV) tərəfsiz vergi olmasına baxmayaraq təxminən bütün mallardan alınır. Belə bir vəziyyətdə, bu vergindən yayınmaq istəyən bir fərd boş vaxt istehlakını artıra bilər. Beləliklə, dolayı vergilər əməyin təklifini azalda bilər.Digər tərəfdən dolayı vergilər cari istehlakin gələcəkdəki istehlaka nisbətən qiymətini artırır.Belə olduqda gələcəkdə daha çox istehlak etməyi planlaşdıran fərd cari dövrdəki boş vaxtını gələcək dövrdəki istehlakı ilə əvəz edəcək və cari dövrdə əmək təklifini artıracaq.Ancaq xərcləmələr üzərindən alınan vergilərin, yəni dolayı vergilərin əmək üzərindən alınan vergilər,gəlir və korporativ vergilərə nisbətən əmək təklifi üzərindəki təsirinin daha az olması gəzlənilir.Mövzu ilə əlaqədar aparılan empirik işlər də bunu dəstəkliyir.
Dostları ilə paylaş: |