Sadiq yol axtaranlar üÇÜN İmam sadiQİN (Ə) NƏSİHƏTLƏRİ MÜƏLLİF: doktor misbah yəZDİ TƏRCÜMƏ edəN: MƏHƏMMƏd azəRİ



Yüklə 1,2 Mb.
səhifə102/133
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108320
1   ...   98   99   100   101   102   103   104   105   ...   133

TƏLƏSİK MÜHAKİMƏLƏRDƏN ÇƏKİNMƏ


Bir çox insanlar yalnız zahiri müşahidə aparmaqla mühakimə yürüdür, kiminin pis, kimininsə yaxşı adamı olması haqqında tələsik qərar çıxarırlar. Bu iş təkcə möminə yox, özünü ağıllı hesab edən heç bir fərdə yaraşmaz. Zahir həmişə aldadıcıdır. Zahirən xoşagəlməz bir işə görə insanı pis hesab etmək olmaz. Əslində çox yaxşı bir iş zahirən pis də görünə bilər. Həzrət İsa (ə) bu böyük bəlaya işarə ilə buyurur: «Xoş o insanın halına ki, gözü ilə deyil, qəlbi ilə görür». Heyvanlar da adi gözlə görürlər. Amma insanda onun düşüncəsi ilə bağlı olan bəsirət gözü də vardır.

İnsan zahiri gözlə görüb yalnız hiss üzvlərinə əsaslanaraq mühakimə yürütməkdən çəkinməlidir. Ağlını işə salıb dərin araşdırmalar aparmaqla şeytanın tələsindən qurtulmaq olar. İnsan bir baxışa görə əbədi bədbəxt ola bilər. Unutmaq olmaz ki, İslama arxadan zərbə vurmaq istəyənlər həmişə üzlərinə möminlik maskası taxmışlar. Demək, zahir əsas deyil. Əksinə, zahirən mömin qiyafəsində olmayan bir şəxs daxilən əsl mömin ola bilər.



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin